Mobil versiya
Deputat dərslərin 15 iyunda bitməsinə etiraz edib
Tarix: 12-06-2018 | Saat: 15:51
Bölmə:Karusel / Təhsil | çapa göndər

Deputat dərslərin 15 iyunda bitməsinə etiraz edib


Deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasındakı çıxışı zamanı orta məktəblərdə dərslərin 15 iyunda başa çatmasına etiraz edib.

aia.az-ın məlumatına görə, deputat bildirib ki, uşaqlara belə əzab vermək doğru deyil.

"Bizə istirahət vermisiniz. Növbədənkənar iclas olduğuna görə burdayıq. Orta məktəb şagirdləri dərsə gedir. Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Uşaqları belə yükləmək olmaz. Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”, - deyə A.Abbas bildirib.

O, qeyd edib ki, birinci sinfə gedən uşağın çantasının ağırlığı 6.8 kiloqramdır: "Bunlar ağırlıq qaldıran yetişdirəcəklər".(azvison.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024