Ana Sayfa > Karusel / Təhsil > Deputat dərslərin 15 iyunda bitməsinə etiraz edib
Deputat dərslərin 15 iyunda bitməsinə etiraz edib12-06-2018, 15:51. Yazar: sevinc1 |
Deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasındakı çıxışı zamanı orta məktəblərdə dərslərin 15 iyunda başa çatmasına etiraz edib. aia.az-ın məlumatına görə, deputat bildirib ki, uşaqlara belə əzab vermək doğru deyil. "Bizə istirahət vermisiniz. Növbədənkənar iclas olduğuna görə burdayıq. Orta məktəb şagirdləri dərsə gedir. Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Uşaqları belə yükləmək olmaz. Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”, - deyə A.Abbas bildirib. O, qeyd edib ki, birinci sinfə gedən uşağın çantasının ağırlığı 6.8 kiloqramdır: "Bunlar ağırlıq qaldıran yetişdirəcəklər".(azvison.az) aia.az Geri dön |