Mobil versiya
Müəllimlərin imtahanında maraqlı HADİSƏ - Gənc xanım anasının əvəzinə gəldi - 2 bal yığan da var
Tarix: 30-05-2018 | Saat: 11:21
Bölmə:Manşet / Təhsil | çapa göndər

Müəllimlərin imtahanında maraqlı HADİSƏ - Gənc xanım anasının əvəzinə gəldi - 2 bal yığan da var


Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.

İmtahana qatılan müəllimlər arasında çox aşağı nəticə göstərənlər də var.

Modern.az-ın məlumatına görə, 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.

2 nəfər müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onların hər ikisi qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd edib. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir.
Bundan əlavə, bir nəfər gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə bu həkətini anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib. Təbii ki, həmin gənc xanımın "səlahiyyətli nümayəndə" qismində imtahanda iştirakına icazə verilməyib.

Nəticələr barədə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlər arasında 2 bal toplayan da var.

“60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər. 29 may tarixində keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. Lakin təəssüflə qeyd olunmalıdır ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücü ilə çalışırlar.
İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlayıb.

Bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara layiq olmayan, təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5358 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}