Mobil versiya
Dünyanı qorxudan zəhərin 50 qramı 10 minlərlə insanı məhv edə bilər...
Tarix: 15-05-2018 | Saat: 14:48
Bölmə:Dünya | çapa göndər

Dünyanı qorxudan zəhərin 50 qramı 10 minlərlə insanı məhv edə bilər...


Rusiya öz yeni silahları ilə dünyanı heyrətləndirdiyi bir zamanda onun SSRİ-dən qalma silahları da insanları qorxuda saxlamağa davam edir.



Bu dəfə Qərbi qorxudan silah Britaniyada Solsberidə baş vermiş hadisələrlə diqqət mərkəzinə gəlmiş elmi dairələrdə “A-234” adı ilə tanınan “Noviçok” sinir-iflic maddəsidir.



Məlum olduğu kimi bu hadisədə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) eks polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal ölümcül zəhərlənib. Nəticədə Böyük Britaniya hadisəni araşdıraraq burada keçmişdə SSRİ-də istehsal edilmiş “Noviçok” maddəsindən istifadə edildiyi qənaətinə gəldi. Burada diqqətə çəkən məqam budur ki, həmin maddə Rusiya tərəfindən istehsal olunmayıb.



Yenə də həmin iddia da Rusiya Federasiyasında kimyəvi zəhərləyici maddələrin sonuncu partiyasının 2017-ci ilin aprel ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının iştirakı ilə məhv edildiyi bildirilir.



Bu maddə haqda Qərbdə ilk anlayış isə 1995-ci ildə Birləşmiş Ştatlara köç edən Sovet alimi Vila Mirzəyanovun xatirələri olub. Bu insan “Noviçok” qrupunun maddələri və onların istehsal üsulları haqqında memuarların müəllifidir.

Bu maddəyə əsas “şöhrət” gətirən məqam onun cəmi 50-100 qramının 10 minlərlə insanın məhvinə səbəb ola biləcəyi gerçəyidir.

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının baş direktoru Əhməd Üzümcü dünya media qurumlarına verdiyi müsahibələrdə bu maddənin törədə biləcəyi dəhşətlər barədə ətraflı şəkildə danışıb.



Onun sözlərinə görə bu maddə yüksək dərəcədə təmizliyə və möhkəmliyə malikdir, eləcə də hava şəraitlərinə qarşı yüksək müqavimətə sahibdir. Təbii ki, bu göstəricilər Qərb mətbuatına ciddi təsir göstərdi.



Mətbuatda bu maddə barədə bir çox yüksək çinli və elm adamlarının çıxışları olub. Bu diqqətə layiq çıxışlardan biri də Britaniya İmperiyası Ordeninin Cəngavəri Hamiş de Bretton Qordonun “Teleqraf” nəşrindəkı yazısıdır.

Xatırladaq ki, cənab Qordon NATO Birləşmiş silahlı qüvvələrinin kimya, bioloji, radioloji və nüvə müdafiəsi üzrə batalyonunun və həmçinin eyni sahə üzrə ixtisaslaşmış Britaniya polkunun eks-komandiri olub.



Müəllif yazıda Rusiyanın bu maddə ilə bağlı üst-üstə düşməyən məqamları diqqətə çatdıraraq bu silahdan imtinanın onun üçün heç bir perspektiv vəd etmədiyini bildirir. Misal üçün bu yaxınlarda əsasən də hadisədən sonra təsadüfən müəllifin qeydi ilə desək bilərəkdən buldozer vasitəsi ilə uçurulmuş Şixanax laboratoriyası (Saratov vilayətində yerləşir –red) diqqət çəkir.



Belə ki, Britaniya kəşfiyyatı sırf bu laboratoriyada “əsrarəngiz” maddənin istehsalının davan etdirildiyi qənaətinə gəlmişdi. Beləliklə bu laboratoriyanın uçurulması ilə KSQT-nin bu laboratoriyada qarşılaşdırmalar aparacaq şansı da əldən verildi. Qordon bu hadisəni Rusiyanın öz səhvini boynuna alması və beynəlxalq təşkilata burada araşdırmalar aparmağa mane olması kimi dəyərləndirir. Müəllifin fikrincə, NATO tərəfi bu cür halları hücumları dəstəkləmək üçün bir proqram olduğundan şübhələnir. Əgər belədirsə o zaman bütün bunlar alyans üçün böyük nəticələrə səbəb ola bilər.



“İlk növbədə nəzərə almaq lazımdır ki, bizim kimyəvi mühafizə vasitələrimiz "Noviçok" kimi maddələrin aşkar olunması və onlardan qorunma vasitələrinə uyğun gəlmir” – Qordon vurğulayır.

O, bu hadisəni uğursuz bir cinayət cəhdi kimi qiymətləndirir. Burada Britaniyanın Porton Daun laboratoriyasının və Solsberi xəstəxanasının əməkdaşlarının işlərini əvəzsiz qiymətləndirir. Həmçinin bu hadisədə xoşbəxt təsadüfü də nəzərə almaq lazımdır.

Cənab Qordon bu maddə qarşısında NATO və müttəfiqlərin nə dərəcədə çıxılmaz bir vəziyyətdə olduğuna diqqətə çəkir.



Hazırda bu maddənin aşkarlanması və zərərsizləşdirilməsi üzərində aparılan işlərə diqqət çəkir.



“Təbii ki, Britaniya və ABŞ-ın müdafiə qurumları Rusiya tərəfindən hələ ki, elan olunmamış bu cür təhlükə səviyyəsinin necə sıfıra endirilməsi üzərində iş aparırlar. Əlbəttə ki, Britaniyanın Porton Daun və ABŞ-ın “Ecvud” laboratoriyasının əməkdaşları bu maddəyə qarşı məlhəmin hazırlanması üçün gecə-gündüz çalışacaqlar. Həmçinin bu maddənin aşkarlanması üçün xüsusi qurğuların hazırlanması, və təhlükənin minimuma çatdırılması üçün əllərindən gələni edəcəklər” – müəllif ümid edir.



Əslində müəllifin bu cür həyəcanı da əbəs yerə deyil. Məsələ burasındadır ki, bu silah mütəxəssislərin fikrincə Rusiya və NATO arasındakı silah gücü balansını birinci tərəfin xeyrinə dəyişir. Və həmçinin Üzümcünün söylədiyi kimi bu silahı təhlükəli edən əsas məqamlardan biri onun kifayət qədər az miqdarının böyük bir yaşayış məntəqəsinin sakinlərini tələf etməyə yetəcək qüvvədə olmasıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024