O TAYDA VƏTƏNDİR!
Tarix: 07-08-2025 | Saat: 10:10
Bölmə:Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Bizdən də bir mümkün olsa, yad eylə...
Ey böyük Azərbaycan! Başını qaldır və əbədi yaşa – Ş. M. Xiyabani
Nədənsə ilkin cümləmə Göyçənin saz- söz xridarı Dədə Ələsgərin Şah Beyti- İbadət Beytlərindən biri ilə başlamaq istədim...
Haqq sözə gərəkdi düz qiymət olsun,
Qiymət verməyə mərifət olsun!
1925- ci ildən bəri ilk siyasi uğur idi Azərbaycan əsilli İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Müstəqil Azərbaycan Respublikasına səfəri. İki Azərbaycanlı Prezident – Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev və İran Respublikasının Azərbaycan əsilli Prezidenti Məsud Pezeşkian- əslində bu tarixi bir görüş idi. Varlığının mövcudluğundan günü bu günəcən dini cahilliyi, fanatizmi, dini- xurafatı özündə əks etdirən, insanların ruhən və cismən azad yaşamalarına, elm və maarifçilikdən yararlanmalarına- faydalanaraq yaşamalarına, bəşər svilizasiyanın bir fərdi olmasına bu ölkədə daim əngəl olunmuşdur. Əlli milyonluq Azərbaycan türkünün öz ana türkcəsində bir məktəbinin belə olmaması, əsarət- parançaya- çadraya bürünmüş qız- qadınlarının, öz ana türkcəsinin yasaq olunduğu iran fars- pars rejimi... əslində bu faktları həddindən artıq çoxaltmaq olar.
Sözsüz İran İslam Respublikasının anti- Azərbaycan siyasəti, iranda yaşayan təqribən 50 milyonluq Azərbaycanlı və eyni türk ruhlu ab- hava, eyni həsrət. O həsrət ki, artıq 200- ldən çoxdur ki, Azərbaycan adlı bu gözəl Vətən ilkin Rus imperiyası və fars şovinist qüvvələri tərəfindən iki yerə parçalanıb. Bir tərəfdə Rus imperiyası, digər tərəfdə isə İran fars- pars molla rejimi.
İlahi ədalət deyilən bir məntiq var... gün gələcək bu Gözəl Vətəni ikiyə bölənləri İlahi özü böləcək. Artıq onun necəliyinə isə Tanrı özü qərar verəcək.
Və Azərbaycan Prezidenti ilə görüşən İran Prezidenti özü də Azərbaycan – türk kökənli bir vətənpərvər. Öz ruhunu, kökünü, kimliyini sevən və qoruyan, fəxr edən bir Şəxsiyyət. Ən gözəli isə o idi ki, dünyanın belə qısqandığı, dünyaya belə meydan oxuyan – Şah İsmayıl qüdrətli sərkərdə, ağıllı siyasətçi, xalqını- millətini sevən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları və üzündən təbəssüm, səmimiyyət əksilməyən , sözlərindən, dediyi şeirlərindən Vətən nisgili, həsrəti yağan Məsud bəy!
Bu iki böyük Azərbaycanlının görüşməsi... bu bir uğur, bir şans, Allahın bir lütfü deyək!
Bu günlərdə İranın Bəndər Abbas limanında baş verən təxribat ... bəlkə də çox ehtimal ki, Onun Azərbaycana gəlməsinin qarşısını almaq üçün müəyyən istəməyən qüvvələr tərəfindən törədilməsi – bunları təsadüf hesab etmək olarmı?..
Əslində hər iki ölkə arasında perspektivlər həqiqətən də böyükdür. Sadəcə, əgər imkan verilsə. Bu səfərin ən önəmli cəhəti Birgə Bəyanatın imzalanması artıq tarixi bir dönüşün başlanğıncından xəbər verir. Bəyanat əslində qonşuluq və beynəlxalq hüququn prinsiplərinə riayət demək.
“Özümü Ərdəbildə, Təbrizdə olduğu kimi hiss edirəm”, bu sözlərdəki səmimiyyətə, gözəlliyə necə vurulmamaq olar...Bu ilk səfər həm siyasi cəhətdən, həm də cəmiyyət içərisində böyük rezonans doğurdu. Səfərin mahiyyəti təkcə dövlət səviyyəsində deyil, mahiyyət çox böyük idi. O taylı, Bu Taylı Vətən- O Tayda Vətəndir, bu Tayda!
“Bal Ətri Verir Vətən Ətri- Söhrab Tahir- bu elə bir ətir ki, ətrinə ətirlər çatmaz. Minilliklərimizdən gələn bu dağ yarpızı, halal təndir çörəyi- bir də ki, Ana Ətri, Ocaqlarının Ana- Yurd ətri bu.
Öz dərin tarixi, mədəni, irsi kökləri ilə bağlı olan bir millət. O millət ki, biri Müstəqil Azərbaycan dövləti, digəri isə 50 milyonluq bir Azərbaycan türkü iran- molla rejiminin əli altında, hüquqlarından məhrum edilmiş böyük bir xalq...Vətən həsrətli bir oğlun idi Almas Yıldırım:
Azərbaycan, mənim tacım, taxtım oy,
Oyanmazmı kor olası baxtım oy !
Könlümə tək səni Kəbə qıldım, mən
Sənsiz qürbət eldə nə edəm,
Allahı mən, dini mən !
İkiyə bölünmüş Azərbaycan və bir tərəfdə zülm var, zalım var, güc var... o biri tərəfdə isə, Qədim yunan filosofu Esxilin gözəl bir aforizmi var: “Dünyada səcdəyə layiq ən böyük qüvvə iradədir”. Bütün insanlığa enerji mənbəyi olan iradə, cəsarət və əqidə yolçuluğu arzulamaq lazım. Həyat bizi yıxa bilər, ama qalxmaq bizim tərcihimiz. Əslində yıxılarkən belə qalxmağı bacaran insan mübarizliyi seçəndir. Artıq bu xarakter Azadlığa olan yanğıdır.
Azadlığın ən yüksək zirvəsi var, adına Şəhidlik Zirvəsi deyilir, o Zirvə ki, Azərbaycan dövlətini , xalqını Zəgər Səlnaməsinə qovuşdurdu. Bu elə bir Zirvə ki, 44 Günlük müharibədə- 27 sentyabr, 2020- ci il, 1990- cı ilin Yanvarında, Qarabağ başda olmaqla – Xocalı faciəsindən – bir qədər irəliyə getsək, Azərbaycan Demokratik Cümhuriyyəti dövründən tarixin dərinliyinə enmiş qatlarından bizə Babəklər, Nəimilər boylanır. M. Ə. Rəsulzadə “Azərbaycan- Azərbaycan “ deyərək Vətən eşqilə, Vətən həsrətilə, Güney Azərbaycan Demokrat firqəsinin 29 yaşlı prokuroru olmuş Firudin İbrahimi Azərbaycan deyərək o taylı- bu taylı Azərbaycanın uğruna ölmədilərmi?!. Bu fədailərin hər biri Vətən Şəhidi olmadımı...ZƏFƏR Səlnaməsini yazan, qanları torpağa qarışan Şəhidlərimiz,- Qazilərimiz , o torpaqlar qanla qarışdı. .. Qanla Qarışan Torpaq isə VƏTƏN Olur.
Tarixin qatlarını açdıqca açılır, elə təkcə Azərbaycan neçə yüzillərdir ki, mübarizə tarixinə Azadlıq uğruna ədəbiyyatımızın sütunları belə mübarizədən yan keçmədilər. Vətənin Azadlığı uğruna verilən mücadilə, Azadlıq, o elə bir kəlmə ki, Babəkdən üzü bu yana mücadilələr verilir. .. “Azadlıq o elə bir yanğı ki, 40 gün Azad yaşamaq 40 il qul kimi yaşamaqdan üstündür”.
Vətən Azadlığının əsiri olan, bu yolda ömrünü əridən Ustadlar Ustadı, çağdaş ədəbiyyatımızın sütunlarından olan M. Araz, o Araz ki, M. Füzuli İlahi Eşqə vurğundur, M. Arazda isə bu İlahi Eşq Vətəndir- Anadır, Azərbaycan adlı qüdrətin Azadlığı uğruna o taylı, bu taylı Azərbaycan Uğruna!
Səndən qeyri biz hər şeyi bölə billik,
Səndən qeyri biz hamımız ölə billik!
Zəngəzur dəhlizi açılacaqsa, bu hər iki dövlətin ərazi bütövlüyünə riayət olunmaqla baş tutacaqdır. Səfərini İranda baş verən hadisə ilə əlaqədar çox erkən başa vuran Məsud bəy yenidən səfər edəcəyini bildirdi.
Bizdən də bir mümkün olsa yad eylə,
Açılmayan ürəkləri şad eylə!
Və yaxud... O tayda Vətəndir! Bunu kimlər demədi... Əslən Cənubi Azərbaycandan olan Balaş Azəroğlu. İlk gəncliyini Ərdəbildə yaşayan, Cənubi Azərbaycanda – milli azadlıq hərəkatının fəal iştirakçısı olan o taylı- bu taylı Azərbaycanın xalq şairi – çağdaş ədəbiyyatımızın güneyli- qüzeyli şairi...
Mənim Vətənimi ikiyə bölən,
Təkcə Araz olsaydı, nə dərdim,
İnan ki, yapışıb onun belindən,
Arazın özünü iki bölərdim - B. Azəroğlu
Vahid Azərbaycan ədəbiyyatının formalaşmasında, təşəkkül tapıb yeni forma və məzmun kəsb etməsində Şimal- Cənub demədən Vətən sevilib, vəsf edilib...
Bəxtiyar sinəndən neçə “mən” keçir,
Biri dərdli keçir, bir şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir,
Bakıyla Təbrizin arasındayam! - B. Vahabzadə
Məlahət İsmayılqızı üçünsə Vətən Azərbaycan vurğulu “Göyçə bir Gülşən Bağıdı, Tərifinə dilim gələ”.
“ Bir görəydim bu ayrılığı kim saldı”- Ulu Şəhriyara mənsub bu “Heydərbabaya Salam” əsərindən şeir parçaları oxuyan Məsud bəy əslində tarix yazdı, özü də şərəf tarixi, Azərbaycan Prezidenti və Azərbaycan kökənli İran Prezidenti... bunlar və deyilən bu kövrək şeir parçaları bir mesaj idi qudurğanlar- qanmazlar dünyasına. Müstəqil Azərbaycan və Güney Azərbaycanı- onların vahid millət kimi daha da yaxınlaşmasına daha bir mühüm addım !
Həyatda hər şey ilkin arzulamaqla başlayır... yetər ki, inadcasına mübarizə və yenə insancasına yaşama arzusu. Arzulamaq azdır, bu yolda- əqidən, amalın uğrunda, təhsilin- elmin, sağlamlığın, maariflənmən uğrunda. Hər şey istəkdən və nəhayətində verəcəyin mesajlardan başlayır.
Bu mesajlar istər Müstəqil Azərbaycan tərəfindən, istərsə də Cənubi Azərbaycanda baş verən inqilabi hərakatlarla özünü göstərməkdə davam edir. Təbii işğalçı- səni əsarətə boğan sənin hüquqlarını tapdalamaqda, hər vasitə ilə sənə qarşı fitnə- feillərini yürütməkdə.
Və Türk Cümhuriyyətinin böyük ideoloqu, yaradıcı- qurucusu M. K. Atatürkü xatırlayıram“Toplumsal zəfər cəhaləti yenməklə qazanılır”. İnsanların istəkləri hər zaman Azadlıq adlı dəruni meyara söykənir.
Mətləbdən uzaqlaşmadan... İran Prezidentinin səfəri hər iki tərəf üçün diqqət mərkəzində idi. Məlum, uzun zamanlar İranın erməni daşnak maraqlarını müdafiə etməsi, üstəlik də istər Cənubda, istərsə də Şimalda - Azərbaycan bu ölkənin səfərinə xüsusi önəm verirdi.
Böyük Türkçü, şair Rüstəm Behrudi deməli... Mənzilim uzaqdı Mənim!
Sən Azad olasan deyə, keçdim öz Azadlığımdan!
O Uzaq mənzil Vətən Azadlığı eşqinə köklənir. O taylı- bu taylı Azərbaycanın içərisindəki nisgil və kədər, həsrət Vətən üzərində köklənib. Dini bir, dili bir- böyük amillərdir. 200 ildən çox fars molla rejimi- əsarəti altında yaşayan, daim təhqir və işgəncə görən, lakin azadlıq ehtirasları heç zaman sönməyən, ölməyən bu xalq- Azərbaycan türkü əgər Cənubda 50 milyonluq bir rəqəmlə- təqribən anılırsa, bu heç da az amil deyil.
Ulu Şəhriyar yenə dadıma gəlir. Öz haqqını almaq üçün- Şəhriyar yenə da yazırdı...
Biz bir dərya qan vermişik,
Zindanlarda can vermişik!
Milli kimliyi və azadlığı uğrunda uzun illərdir ki, Güney Azərbaycanda gedən mübarizə və nəhayət Azərbaycan əsilli İran Prezidenti, unutmayaq ki, Məsud bəy Vətən sevgili, kökünə bağlı bir insandır. Üstəlik də Onun Şəhriyar sevgili, poetik ruhlu birisi olduğu aşikardır. Və Azərbaycana səfər sadəcə bir fürsət oldu. Baş verən olaylar- bu özü də sual doğurur. Nədən ki, millət sevgili bir dövlət başçısının Azərbaycanda çox qalmasının qarşısı bu vasitə ilə alındı. Əlbəttə ki, bu mənim subyektiv fikrimdir. İkiyə bölünmüş Vətən və bizlərin erməni işğalında qalan Qərbi Azərbaycan adlı yurdlarımız, o cümlədən GÖYÇƏ adlı İlahi Ocağımız.
... Bir görəydim bu ayrılığı kim saldı?!. Lakin, maraqlısı bu ki, yenə də folklor dadıma çatır, ama sual verə bilmirəm... Göydən nə yağmışsa, Yer Qəbul etmiş! Ama nə təəssüf.
O tayda Vətəndir- bunu kimlər demədi ki... Müsəlman Şərqində çadrasını ilkin atmışlardan olan Qəzvinli Azərbaycan gözəli Tahirə xanım Qürrətüleyn, M. Kazımbəy, M. F. Axundov kimi maarifçi islahatçılar,İ. B. Qaspıralı, A. Səhhət, Sabir, Mirzə Cəlil, M. Hadi, Güney Azərbaycanın Azadlıq hərəkatının inqilabçıları Şeyx Xiyabani, bir qədər sonralar Səttar xan- Sərdari milli, Bağırxan- Salari milli, və bu kimi yüzlərlə inqilabi hərəkatlar şər- hiylələrlə fitnə- fəsadla yatırilmadımı...və yenə də Azərbaycan Demokrat Firqəsinin- 1945- 46 il qalibiyyəti və xəyanətlə məğlub edilməsi. Tarixə 21 Azər hərəkatı adı ilə düşən bu inqilab Güneylilərin qəhrəmanlıq fədakarlığının bariz nümunəsi idi. Yenə də tarixə müraciət edək: ADF- nin ilk prokuroru olmuş Firudin İbrahimi Millətlər Təşkilatında hər iki Azərbaycanın birləşməsi məsələsini qoymuşdur. Şübhəsiz ki, bu Sovetlər İttifaqının Rəhbəri Stalinə xoş gəlməmişdi, üstəlik də iran fars molla rejiminə. Gizli sövdələşmələr nəticəsində -İran və SSRİ rəhbərliyi, sonuncu rus əsgəri Arazı keçən kimi Tehran Təbrizə hücuma keçib höküməti yıxdı, yüz minlərlə fədai fars zindanlarında minbir işgəncələrlə öldürüldü, məhv edildi. Demokrat firqəsinin bir çox fədailəri Arazı keçib Azərbaycana pənah gətirdi.
Sən çağırsan gələrəm Mən,
Eybi yox, ölərəm Mən...
Təki Sən Yaşa, Yaşa,
Azərbaycan! Azərbaycan” - F. İbrahimi
Yəni çox da uzaq olmayan yaxın tarix və əsarəti hələ də davam edən Güneylilər.
İran Prezidentinin Ulu Şəhriyar diliylə mesajlar verməsi təbii haldır. Ona zənnimcə ayrı don geyindirilməməlidir. Üstəlik də dini- dili, kökü- kötüyü bir olan bir milli kimlikdən söhbət gedirsə. Çünki, unutmayaq ki, milli kimlik adı ilə verilən şeir dililə olsa da bu mesajların mahiyyəti olduqca əhəmiyyətlidir. Yəni bu əslində fars ideologiyasına zərbədir. Yəni, sən bir Azərbaycanlısan, dilin türk dilidir, minillərdir ki, bu yurdlara- ocaqlara sahibsən. Bunun özü isə özünüdərkdən gəlib keçən özünütəsdiqin daha bir təzahürü deyək. Həm milliyyəti türk, həm də dili türk dili olaraq verilən mesajlar, nəhayətində sözsüz ki, bir oyanışa səbəb olacaq. Çünki, iranlı olaraq adlanmaq bir türk üçün həm də xoş deyil.
Və bu mesajlar kimliyini və dilinə sevgisi bəlkə də gələcək Güneyi yeni yüksəlişlərə aparacaq. Tanrının nələr ərmağan edəcəyini kim bilə bilər.
O tayda Vətəndir, bu tayda... Kimliyimizdən, gözəl- əziz türkcəmizdən asılı olmayaraq bizlər Azərbaycan Türküyik. Və bu torpaqlarda yaşayan Azərbaycan sevgili Vətən Fədailəri olmağa hazırıq. 2020-ci ildə Azərbaycan Dövləti öz Qarabağını necə azad etdisə, gün gələcək əsarətə boyun əyməyəcək bir millətimiz var, “O tayda Vətəndir” Vətən!
Çoxdandır toy- düyün görməyib obam,
Xırmanda özgəyçin iş görür yabam,
SəttarXandır Atam, Babəkdir Babam!
İndi bildinizmi haralıyam Mən! - S. Rüstəm
Bu bizim həmən Süleyman Rüstəm ki, Azərbaycan Demokrat Firqəsi zamanı Təbrizdə böyük bir qrup Azərbaycan ziyalıları ilə birgə- fədailərlə çalışmış, qəzet- jurnallar buraxılmış, maarifçiliyə gedən yolların fədailəri olmuşlar:
Könlümdə müqəddəs bir həsrətim var,
Ləkə götürməyən həqiqətim var,
Görün nə qəribə bir qismətim var,
O taylı, bu taylı Süleymanam Mən!
Kimlər- hansı işıqlı simalar- aydınlar ayrılıq adlı həsrətə nəğmələr demədi, ürəklər köz- köz olmadı. Və gözəl yazarımız, ictimai xadim, O taylı Azərbaycanlı Mirzə İbrahimov- onu da dedi ki, O” GÜN GƏLƏCƏK”. Ulu Tanrı Yer üzündə məntiqdən gözəl şey yaratmayıb”- Məhəmməd Peyğəmbər. Məntiq də, fəlsəfə də, İnsanın hürr doğulduğunu, hürr də yaşadığını deyir !
Unutmayaq, XV- əsr sufi, Qeyb- Ərəni, Şah İsmayıl müridi, diplomat, Vəzir Miskin Abdal da yazırdı, “HAQQ özü yatmayıb, Oyaqdır”.Özgür olun, özünüz olun, dünya, aləm özü olana heyran olur!
Zəfər ALLAHIN- TANRININ, YARADANIN adı ilə gəlir. Öylə isə, YA HAAQ ALLAH!
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü. tədqiqatçı-yazar, publisist.
"Qızıl Qələm media mükafatı" laureatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər