Mobil versiya
Nazir baş həkimi işdən çıxarıb
Tarix: 10-05-2018 | Saat: 12:18
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Nazir baş həkimi işdən çıxarıb


Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.

E.Məmmədov "Report"un yerli bürosuna öz ərizəsi ilə işdən ayrıldığını bildirib: "8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam".

Qeyd edək ki, xəstəxanaya yeni baş həkim təytinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024