Mobil versiya
“Nardaran hadisələrində İranın əli var“ - Politoloq
Tarix: 27-11-2015 | Saat: 16:31
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


“Ötən gün Nardaranda baş verən hadisələrdə İranın izinin olması danılmazdır

İran dövləti hələ də bizim müstəqilliyimizi qəbul edə bilmir. Orada təxribat törədən şəxslər İranın agentləridirlər”.

Bu barədə Azvision.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Nardaranda dini təxribatla məşğul olan şəxsləri İran maliyyələşdirir: “Nardaran hadisələrində İranın izinin olması danılmazdır. Çünki gizli çəkilmiş videokadrlardan da görünür ki, Taleh Bağırov İranlı ayətullahların əllərini əyilərək öpür. Nardaran İranla sıx əlaqədə olan kənddir. Nardaran əhalisinin dövlətçilik ideyası əsasında birləşdiriləsi müəyyən çətinliklər yaradır. Orada keçirilən tədbirlərdə Azərbaycan bayrağına, Azərbaycanın simvollarına rast gəlmək çox çətin olur. İran və ya dini xarakterli bayraqlara daha çox rast gəlinir”.

Q.Hüseynli deyir ki, son hadisələr Nardaran sakinlərinin silahlandığını göstərdi: “Onlar bu silahları haradan alıblar? Kim verib? Görünür kimsə Nardaran sakinlərinin silahlanmasında maraqlı görünür. Guya onların məqsədi dinə əsaslanan şəriət dövləti yaratmaqdır. Nardaran İran inqilabının ixracına bənzəyən modelidir. Nardaran ciddi şəkildə nəzarətə alınmalıdır. Hadisələr bu həddə gəlib çıxmamalıydı, əvvəlcədən profilaktik tədbirlər görülməlidir”.

Politoloqun fikrincə, “Müsəlman birliyi ”təşkilatı” “Müsəlman qardaşları təşkilatının” prototipidir və rayonlarda yayılıb.

“Bu hadisəni dövlətçilik üçün, millətin gələcəyi üçün təhlükəli addım hesab edirəm. Fikrimcə, ciddi tədbirlər görülməlidir. İmkan vermək lazım deyil ki, bu kimi dini provakatorlar əhalinin gözünü boyasın”.

Politoloqun fikrincə, tutulan Taleh Bağırzadə və onun dəstəsi İrandan maliyyə dəstəyi alaraq,dövlətə qarşı təxribata əl atmaq niyyətində olub.

“Dini savadı kifayət qədər olmayan bir şəxsin bahalı maşınlarda gəzməsi nəyin hesabına başa gələ bilər? Təbii ki, pulun. Pul da müxtəlif mənbələrdən, İrandan gəlir”.

Ötən gün Nardaranda baş verən silahlı insidentə deputat seçildiyi Sabunçu rayonundan Nardaran qəsəbəsini də təmsil edən Eldar Quliyev də münasibət bildirib. O, mətbuata verdiyi açıqlamada insidentdə iştirak edən dindarların başqa dövlətə işlədiyini və insidentin baş verməsinə səbəbkarların agentlər olduğunu deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə