Mobil versiya
Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı - sensasion məlumatlar
Tarix: 05-04-2018 | Saat: 14:57
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı - sensasion məlumatlar


Kərimli, İsmayılov və Hüseynzadənin gizli ittifaqı?; AXCP sədri Azərbaycana düşmən mövqedə dayanan separatçılarla ittifaqı genişləndirir; “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələrilə haqqında cinayət işi açılan İsgəndər Hüseynzadəni Kərimli və Aslan İsmayılovla birləşdirən maraqlar...
Müxalifətdə olmaq o deməkdir ki, sən öz ölkənə, dövlətinə düşmən mövqedə dayanmalısan? Hər addımda bilərəkdən xalqının mənafeyinin ziddinə getməlisən? Ətrafına Azərbaycana qarşı düşmən mövqedə olan insanları, təşkilatları yığmalısan? Ölkənin müstəqilliyini, bayrağını qəbul etməyən, nəinki qəbul etməyən, bu iki ali dəyərimizə qarşı çıxan qüvvələrin liderinə çevrilməlisən?


Bu suallar ritorik deyil. Heç sadəlövhlükdən də irəli gəlmir. Qarşılaşdığımız mənzərə, əldə etdiyimiz informasiyalar, faktlar bizi o qədər heyrətə salıb ki, bu sualları verməyə məcbur qalırıq.

***

Milli Şura ilə Müsavat Partiyasının birgə təşkil etdikləri 31 mart mitinqi haqda sosial və peşəkar mediada bir neçə gün müzakirə aparıldı. Aksiyanı təqdir edənlər, ora 10 mindən artıq adamın yığışdığını iddia edənlərlə yanaşı, tədbirin alınmadığını, meydana uzaqbaşı iki min, üç min adamın yığışdığını yazanlar da oldu. Təqdir yazıları kimi, tənqid məqalələrinin yazılması da normaldı. Hər şeyin yaxşı olduğunu demək kimi, hər şeyin pis olduğunu söyləmək, yazmaq da sağlam yanaşma deyil.

Musavat.com-da da 31 mart aksiyası haqda kiçik bir məqalə dərc olundu. “İflasın fotosu - Kərimlinin əli siyasətdə niyə gətirmir” başlıqlı yazıda (http://musavat.com/news/iflasin-fotosu-kerimlinin-eli-siyasetde-niye-getirmir_515895.html http://musavat.com/news/iflasin-fotosu-kerimlinin-eli-siyasetde-niye-getirmir_515895.html) aksiya ilə bağlı bəzi müşahidələr, fikirlər yer almışdı. Normalda bu yazıya Əli Kərimlinin çevrəsində qərarlaşmış lümpenlər cavab verməli idilər. Çünki onların təşkil etdikləri aksiyanı ələşdirmişdik.

Amma bu məqaləyə cavab başqa bir ünvandan gəldi. Nur-az.com adlı bir saytda və eyni adlı facebook səhifəsində yazdıqlarımıza təhqir və söyüşlə reaksiya verildi. Əməkdaşımızın mitinq təəssüratlarına, qeydlərinə cavabda əsas hədəf “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Artifoğlu idi.

Düşünmək olardı ki, bu, AXCP-nin peyk saytlarındandı. Necə ki Əli Kərimli və ətrafı saxta profillər yaradıb onları təqdir etməyənləri mənəvi-psixoloji terrora məruz qoyurlar, bu saytın da fake olduğunu zənn edib, üstündən keçmək mümkün idi. Amma və lakin... Saytı araşdırdıq. Əldə etdiyimiz bilgilər bizi xeyli təəccübləndirdi. Sən demə, nur-az.com saytı iranyönümlüdü. Bir qədər də araşdırdıqda məlum oldu ki, bu saytı İsgəndər Hüseynzadə ad-soyadlı bir nəfər idarə edir. Məsələnin gerçək mahiyyəti burada üzə çıxdı.
Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı - sensasion məlumatlar
Kimdir İsgəndər Hüseynzadə? O, niyə Milli Şuranı, Əli Kərimlini bu cür davakarcasına, necə deyərlər, qanını qaşığa qoyaraq müdafiə edir?


Məlum oldu ki, bu adam İranın bəzi dairələrinin istifadəsində olan bir casusdur. Adam birmənalı Azərbaycana - öz ölkəsinə, dövlətinə düşmən mövqedə dayanan biridir. Onun barəsində bildirilir ki, Hüseynzadə İsgəndər Hüseynəli oğlu 27 yanvar, 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. 1996-cı ildən ailəsi ilə birgə İran İslam Respublikasının Qum şəhərinə köçüb.

2008-ci ildə barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı - sensasion məlumatlar
İ.Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqelidi.


Barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan əleyhinə açıq düşmənçilik edən bir adamın Əli Kərimlinin müdafiəsinə qalxması çox şeydən xəbər verir. AXCP sədrinin siyasi iştahı və iqtidara qərəzi o qədər yüksəkdir ki, o, ağına-bozuna baxmadan hər qüvvə ilə əməkdaşlığa getməkdən çəkinmir. Əli Kərimlinin ətrafı İran və Rusiya agenturası ilə qaynayır. Bu gün onun müdafiə etdiyi dini kəsimin haralara bağlı olduğu əksəriyyətə bəllidir. “Yeni Müsavat” ötən il bu mövzuda araşdırma yazı dərc edib. Həmin yazının linkini təqdim edirik: http://musavat.com/news/azerbaycana-qarsi-separatizm-herekati-xeyanet-kadrosu-ermeniler-ve-milli-sura-ile-beraberdir-boyuk-tehluke_428759.html.


Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı - sensasion məlumatlar
Ə.Kərimlinin bugünkü müttəfiqləri arasında talış separatizmini açıq şəkildə müdafiə, həmçinin təbliğ edən, Azərbaycanın müstəqilliyinə dil və əl uzadan xeyli dönüklər var. Hakimiyyət uğrunda mübarizədə ölkəsinə, dövlətinə düşmən mövqedə olan qüvvələrlə ittifaq yaratmaq hansı əxlaqa sığır?! Ə.Kərimli bu adamların Azərbaycanın müstəqilliyinə qarşı olduqlarını, hər addımda dövlət əleyhinə açıq çıxışlar etdiklərini, gerçək bir vətən xaini olduqlarını detallarına qədər bilir. Fəqət Azərbaycana qarşı xain və düşmən mövqedə dayanan bu çete ilə müttəfiqliyinə son qoymur.

Təkcə Əli Kərimlimi bu mövqedədi? Yalnız o, separatçıları və vətən xainlərini ətrafına toplayıb, onları reabilitasiya və müdafiə edir? Təəssüf ki, müxalifətçilik pərdəsi altında Azərbaycanı kürəyindən xəncərləyənlər Cəbhə sədri ilə yekunlaşmır. Nə yazıq ki belələrinin sayı kifayət qədərdi. Onlar üzdə hakimiyyəti, bəzi məmurları hədəfə alırlar. Əsl hədəfləri isə Azərbaycanın müstəqilliyinə qarşı açıq və birmənalı mövqedə olan tör-töküntüləri müdafiə etməkdir, onlarla ittifaq yaradıb iqtidara gəlməkdir.

aslan aslan.JPG (106 KB)

Təsəvvür edin, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən Aslan İsmayılov da İsgəndər Hüseynzadənin müdafiəçisinə, həmçinin təbliğatçısına çevrilib. Bu adamın Rauf Arifoğlunun əleyhinə olan yazısını özünün facebook səhifəsində paylaşır, üstəlik, onu facebookun pullu reklam imkanlarından yararlanıb, daha da tirajlayır.
Əli Kərimlini müdafiə edən vətən xaini çıxdı - sensasion məlumatlar
Xatırladaq ki, nur.az.com saytı məlum mövqeyinə görə bloklanıb. Sayta Azərbaycan ərazisindən giriş mümkün deyil. Lakin həmin saytın facebookda səhifəsi var və oradan qapı kimi istifadə edərək, Azərbaycana, onun ziyalılarına, dəyərlərinə, dövlətinə qarşı təxribat materialları yayırlar. Bu materiallardan biri də Rauf Arifoğlu haqqındadır. Və bu materialı da hər zaman dəstəklədiyimiz, dara düşəndə yayında olduğumuz Aslan İsmayılov həyata keçirdir.


Belə çıxır, sizin davanız hakimiyyətlə deyil, cənablar. Siz Azərbaycanın müstəqilliyi və bayrağı ilə düşmənçilik edirsiz. Tarixin və millətin alnınıza vuracağı damğadan qorxmursunuzmu? Necə ki, biz bu gün Əliheydər Qarayevi, Ruhulla Axundovu, Məşədi Əzizbəyovu, Çingiz İldırımı və başqa sapı özümüzdən olan Cümhuriyyət düşmənlərini lənətləyirik, gələcək nəsillər də sizi eyni formada lənətləyəcək... Ən nəhayət, Əli Kərimli də, Aslan İsmayılov da ixtisasca hüquqşünasdırlar. Etdikləri bu əməllərə görə təkcə mənəvi məsuliyyət daşımırlar, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar.

Tarixdən və hüquqdan qorxun...

Azər AYXAN,
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavin



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024