Mobil versiya
Mərkəzi Neftçilər Xəstəxanası öz əvvəlki şöhrətini qaytaracaq
Tarix: 05-04-2018 | Saat: 13:31
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Mərkəzi Neftçilər Xəstəxanası öz əvvəlki şöhrətini qaytaracaq




Artıq xəbər verildiyi kimi, bu ilin fevral ayının ortalarından Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) baş direktoru vəzifəsinə Bakı Sağlamlıq Mərkəzinin keçmiş baş həkimi Hikmət Həsənov təyinat almışdır. Bu günlərdə isə, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə də nəhayət ki, təyinat olundu. Bir neçə müddətdir ki, vakant qalan yerə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.


Bu təyinatlardan belə qənaətə gəlmək olar ki, hələ bu yaxınlara qədər ölkənin aparıcı klinikalarından biri olan, lakin son zamanlar öz nüfuzunu itirməyə başlamış Mərkəzi Neftçilər Xəstəxanasının əvvəlki şöhrətini özünə qaytarmaq üçün müvafiq addımlar atılır. Məlumat üçün bildirək ki, MNX ( ilkin olaraq neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası) hələ 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Cəmi bir necə il sonra burada yeni korpuslar tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edildi.

Etiraf olunmalıdır ki, bu gün Mərkəzi Neftçilər Xəstəxanası Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyədə durmaq üçün bütün resurs və potensiala sahibdir. İstər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından MNX həqiqətən də ən müasir klinikalardan biri hesab oluna bilər. Lakin təəssüflər olsun ki, son vaxtlar klinikanın bütün potensialının realizə olunması müəyyən obyektiv və subyektiv səbəblərdən əngəllənirdi. Böyük ehtimalla, klinikanın baş direktoru vəzifəsinə Hikmət Həsənovun gətirilməsi də məhz bu səbəblərin operativ olaraq müəyyən edilməsi və aradan qaldırılması, müəssisənin fəaliyyətinə yeni dinamika verilməsi məqsədi güdürdü. İstənilən halda, bu təyinatın son dərəcə düzgün və ən əsası da vaxtında verilmiş bir qərar olduğu ölkənin tibbi ictimaiyyəti tərəfindən demək olar ki, birmənalı olaraq təsdiq edilir.

Maraqlıdır ki, MNX-nın baş həkimi vəzifəsinə də məhz xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyevin təyin olunması, yenə də klinikanın daxili potensialının açılmasına yönəldilmiş addım kimi qiymətləndirilə bilər. Bu səhiyyə müəssisəsinin kadr potensialı isə, həqiqətən də kifayət qədər yüksəkdir və bu yüksəliş ildən-ilə davam edir. Belə ki, MXN-nın ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənməyən yüksək ixtisaslı mütəxəssisləri peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Hazırda xəstəxanada 3 nəfər tibb elmləri doktoru, 25 nəfər tibb elmləri namizədi fəaliyyət göstərir. Son illər qardaş Türkiyədə uzmanlıq təhsili almış daha 14 nəfər azərbaycanlı mütəxəssis də dəvət olunaraq burada işlə təmin edilib.

Göründüyü kimi, Mərkəzi Neftçilər Xəstəxanasının həqiqətən də istər ölkəmizdə, istərsə də Avropada fəaliyyət göstərən səhiyyə müəssisələri sırasında aparıcı mövqeylərdən birinə sahib olması üçün bütün imkanları vardır. Şübhə etmirik ki, bu müəssisənin rəhbərliyində aparılmış dəyişikliklər də məhz MNX-nın imkanlarının realizə olunması məqsədlərinə xidmət edəcəkdir.

Hələlik isə, Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi, bütün tibbi və texniki personal cəmi bir neçə gündən sonra, aprel ayının 11-də keçiriləcək Prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar. Əldə etdiyimiz məlumata görə, bu tibb müəssisəsinin də istisnasız olaraq bütün heyəti öz səslərini məhz Ölkə Prezidenti cənab İlham Əliyevə verməkdə tam qərarlıdır.


aia.az

Orxan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024