Mobil versiya
İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb - FOTO
Tarix: 28-03-2018 | Saat: 12:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb - FOTO


İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-də səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var.



O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub. Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə