Ana Sayfa > Karusel / Parlament > İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb - FOTO
İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb - FOTO28-03-2018, 12:09. Yazar: admin |
![]() İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-də səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. ![]() O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub. Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur. aia.az Geri dön |