Mobil versiya
Rayondan oğurladığı mal-qaranı Bakıda satanlar tutuldu
Tarix: 22-02-2018 | Saat: 11:30
Bölmə:Karusel / Ölkə | çapa göndər

Rayondan oğurladığı mal-qaranı Bakıda satanlar tutuldu


Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri zamanı rayonun ayrı-ayrı kəndlərindən vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan aia.az-a verilən məlumata görə, Biləsuvar sakini Mirzəli Nuriyev Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar rayonunun Bəydili kənd sakini Cavad Süleymanov və rayonun Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb. Onlar heyvanları Maştağa bazarında 4600 manata satdıqlarını bildiriblər. Adıçəkilən şəxslərin həmçinin ayrı-ayrı vaxtlarda Biləsuvarın Əliabad kəndindən 1 baş, Zəhmədabad kəndindən 1 baş heyvanı da oğurladıqları məlum olub. Cavad Süleymanov və Əli Bağırov 6 baş heyvanı ümumilikdə 7100 manata satıb pulu aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024