Mobil versiya
Neftçala - əkinlərdə suvarma ilə bağlı heç bir problem yaşanmır
Tarix: 06-02-2018 | Saat: 15:07
Bölmə:Ölkə | çapa göndər

Neftçala - əkinlərdə suvarma ilə bağlı heç bir problem yaşanmır



Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsi öz fəaliyyətini günün tələblərinə uyğunşəkildə qura bilib

Məlumdur ki, aqrar sahədə uğur qazanmağın əsas tələblərindən biri də torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. O cümlədən, redaksiyamıza təqdim olunan məlumatlara görə, Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Neftçala rayon Suvarma Sistemləri İdarəsi daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri İdarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Neftçala rayonunda ötən ilin sonlarında keçirilmiş və 2017-ci ilin doqquz ayının iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə də qeyd olunmuşdu ki,ötən aylar ərzində məhz tələb olunan qədər suvarma kanalları, kollektor-dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında, kollektor-drenlərdə hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Su və Meliorasiya təşkilatları tərəfindən 331,4 km suvarma kanalları, 378,6 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 46 ədəd, kollektor-drenlərdə 49 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının tikintisinə 2006-cı ildə başlanmışdır. Kanalın tikintisinə 6 milyon manatdan artıq vəsait xərclənmişdir. 24 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Neftçalaya tarixi səfəri zamanı Neftçala Magistral Su kanalının istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmiş və kanalın tikintisinin davam etdirilməsi ilə bağlı göstərişlər vermişdir.

Neftçala rayonunda əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 8000 hektar torpaq sahəsində hal-hazıra kimi 21 km uzunluğunda torpaq kanalının 12 km hissəsi lildən təmizlənmiş, eləcə də ərazidə 1 ədəd transformator yarımstansiyasının qurulması işlərinə başlanılmışdır. Təbii ki, bütün bunlar Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir və hər birimizdə bu səmərəliliyin gələcəkdə daha da artacağına möhkəm əminlik yaradır.


aia.az

Nihat Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024