Heyvan xəstəliklərinə qarşı və qida təhlükəsizliyi üzrə işlər gücləndirilir
Tarix: 06-02-2018 | Saat: 10:44
Bölmə:Ölkə | çapa göndər
Fevralın 5-də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) dəstəyi ilə həyata keçirilən BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutu (İZSAM) ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyası (RBL) arasında bağlanan müqavilə əsasən qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin artırılması üzrə "Tivinninq” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov bildirmişdir ki, "Tvinninq” layihəsinin əsas məqsədi Respublika Baytarlıq Laboratoriyasında qida təhlükəsizliyi ilə bağlı aparılan müayinələrin keyfiyyətinin yüksəldilməsi, işçilərin və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və diaqnostik bacarıqlarının artırılmasından ibarətdir. Xidmət rəisi "Tvinninq” layihəsinin 2 il müddətində davam edəcəyini və bu müddətdə qarşıya qoyulan məqsədlərə nail olunacağını bildirdi. Həmçinin qeyd etdi ki, bu 2 il ərzində BEB-in referens laboratoriyası olan, İtalyanın Teramo şəhərində yerləşən Zooprofilaktika İnstitutunun mütəxəssislərinin köməyi ilə Respublika Baytarlıq Laboratoriyası heyətinin texniki bilik və bacarıqlarını artırmaq, qida təhlükəsizliyi sahəsində müayinə prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etməklə RBL-in gələcəkdə akkreditasiya olunmasına dəstək göstərmək, RBL-nın qida təhlükəsizliyi üzrə referens laboratoriyası olması üçün imkanlar yaratmaq və nəhayət, Respublika Baytarlıq Laboratoriyasının BEB-in regional Əməkdaşlıq Mərkəzi statusunu qazanmaqdır.
Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsinə, o cümlədən baytarlığa göstərilən diqqət və qayğıdan danışan Azər Süleymanov xatırlatdı ki, 2015-ci ilin dekabrın 28-də cənab Prezident "Baytarlıq şəhərciyi”nin, o cümlədən Respublika Baytarlıq Laboratoriyasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olmuşdur. Həmçinin laboratoriyada beynəlxalq standartlara uyğun avadanlıqlar alınaraq quraşdırılmışdır. 2016-cı ildə 49 nəfər laboratoriya əməkdaşının Türkiyə, Yaponiya, Rusiya və Ukrayna kimi ölkələrdə, 2017-ci ildə isə əlavə olaraq 14 nəfərin təkrarən Türkiyənin müxtəlif laboratoriyalarında təlimdə iştirak edib, müasir müayinə metodlarını mənimsəmişlər.
Xidmət rəisi laboratoriyanın akkreditasiyadan keçməsi və BEB-in regional Əməkdaşlıq Mərkəzi statusunu qazanması üçün bəzi şərtlərin, o cümlədən havalandırma, isitmə, soyutma, zərərsizləşdirmə sistemləri, müasir avadanlıqlarla təminatı və s. məsələlərin öz həllini tapdığın bildirmişdir.
Azər Süleymanov görülmüş işlərin nəticəsi olaraq Respublika Baytarlıq Laboratoriyasının həm heyvan xəstəlikləri, həm də qida təhlükəsizliyi üzrə beynəlxalq səviyyəyə çıxmaq, beynəlxalq akkreditasiyadan keçmə imkanları olduğunu, verilmiş təklif və müraciətlərin Beynəlxalq Epizootik Büro tərəfindən qəbul edildiyini, ötən il beynəlxalq mütəxəssislərin Respublika Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olduğunu diqqətə çatdırmışdır. Ona görə də əlavə bilik və bacarıqların artırılması üçün texniki dəstəyin göstərilməsinə qərar verilmişdir.
Tədbirdə Respublika Baytarlıq Laboratoriyasının direktoru F. Quliyev "RBL-in rolu və fəaliyyəti haqqında”, İZSAM-ın mütəxəssisi F.Pomillo "Baytarlıq təlimi, epidemiologiya, qida təhlükəsizliyi və heyvanların rifahı üzrə BEB-in Əməkdaşlıq Mərkəzi kimi rolu və fəaliyyəti”, İZSAM-ın mütəxəssisi L.Riççi "Ümumi məqsəd vəzifələr və fəaliyyət planı” barədə təqdimatlarla çıxış etmişlər.
Tədbirin sonunda plenar müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024