Mobil versiya
Nazirlik ötən il 3 milyondan çox cərimə yazıb
Tarix: 05-02-2018 | Saat: 10:40
Bölmə:Karusel / Ölkə | çapa göndər

Nazirlik ötən il 3 milyondan çox cərimə yazıb


Ekologiya və Təbii Sərvətlər Nazirlyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli "məcburi göstəriş” verilib.

Nazirlikdən aia.az-a verilən xəbərə görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920 255 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 570 iş üzrə 955 299,17 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5743 iş üzrə 1141264,21 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 603 işdən 227-nə, icra qruplarına göndərilən 590 işdən 241-nə, məhkəmələrə göndərilən 76 işdən 20-nə baxılıb.

Su ehtiyatlarının mühafizəsi üzrə 224 akt və 63 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 128 müddətli "məcburi göstəriş” verilib. 68 iş üzrə 55110 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 28 iş üzrə 106125,34 manat məbləğində iddia qaldırılıb, 1104 iş üzrə 323438,7 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 20 işdən 7-nə, icra qruplarına göndərilən 44 işdən 31-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Atmosferhavasının mühafizəsi üzrə 167 akt və 79 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli "məcburi göstəriş” verilib. 85 iş üzrə 26545 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 47 iş üzrə 47895,86 manat məbləğində iddia qaldırılıb, 1528 iş üzrə 319560,33 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 57 işdən 14-nə, hüquq mühafizə orqanlarına göndərilən 17 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

Torpağın mühafizəsi üzrə 112 akt və 38 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli "məcburi göstəriş” verilib. 50 iş üzrə 29300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 19 iş üzrə 9999,5 manat məbləğində iddia qaldırılıb, 339 iş üzrə 38622 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 16 işdən 6-na, icra qruplarına göndərilən 25 işdən 7-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Yerin təkinin mühafizəsi üzrə 73 akt və 35 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli "məcburi göstəriş” verilib. 47 iş üzrə 31300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 31 iş üzrə 6583,89 manat məbləğində iddia qaldırılıb, 50 iş üzrə 8210 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 31 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Məişət tullantılarının mühafizəsi üzrə 483 akt və 152 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 350 müddətli "məcburi göstəriş” verilib. 146 iş üzrə 194500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 5 iş üzrə 2020,89 manat məbləğində iddia qaldırılıb, 1472 iş üzrə 225293,77 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 88 işdən 51-nə, icra qruplarına göndərilən 121 işdən 62-nə, məhkəmələrə göndərilən 9 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

İstehsalat tullantılarının mühafizəsi üzrə 97 akt və 47 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 52 müddətli "məcburi göstəriş” verilib. 34 iş üzrə 27400 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 9 iş üzrə 18377,87 manat məbləğində iddia qaldırılıb, 868 iş üzrə 214205,06 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 22 işdən 14-nə, icra qruplarına göndərilən 25 işdən 13-nə, məhkəmələrə göndərilən 7 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Floranın mühafizəsi üzrə (meşə) 368 akt və 27 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 müddətli "məcburi göstəriş” verilib. 36 iş üzrə 24500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 206 iş üzrə 38342,25 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 30 işdən 2-nə, icra qruplarına göndərilən 15 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Floranın mühafizəsi üzrə (yaşıllıq) 1037 akt və 382 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 122 müddətli "məcburi göstəriş” verilib. 391 iş üzrə 419300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 207 iş üzrə 722254,37 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 355 işdən 123-nə, icra qruplarına göndərilən 209 işdən 83-nə, məhkəmələrə göndərilən 50 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Fauna ehtiyatlarının mühafizəsi üzrə 122 akt və 121 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 müddətli "məcburi göstəriş” verilib. 131 iş üzrə 111700 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 3699,2 manat məbləğində iddia qaldırılıb, 382 iş üzrə 11934,35 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 33 işdən 20-nə, icra qruplarına göndərilən 61 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Balıq ehtiyatlarının mühafizəsi üzrə 100 protokol və 172 akt tərtib edilib. Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq-mühafizə orqanlarına göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024