Mobil versiya
Sabahın hava PROQNOZU - Güclü külək əsəcək
Tarix: 03-02-2018 | Saat: 12:24
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sabahın hava PROQNOZU - Güclü külək əsəcək


Sabaha gözlənilən hava proqnozu verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə, fevralın 4-dəBakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarındafevralın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq
Fevralın 4-dən 7-dək bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024