Mobil versiya
Azərbaycanda 6 qız və 3 oğlan əcnəbilərə övladlığa verilib
Tarix: 01-02-2018 | Saat: 17:41
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 6 qız və 3 oğlan əcnəbilərə övladlığa verilib




Norveç Uşaq Evinin azərbaycanlı ailənin övladını əlindən alması ilə bağlı yerli mətbuatda məlumat yayılıb. Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov deyib ki, Norveç Uşaq Evi onun övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia olunub.

Maraqlıdır, hansı hallarda əcnəbi ailələrə verilən uşaqlar geri alına bilər?

Ümumiyyətlə əcnəbilərə övladlığa verilən uşaqların sonrakı taleyinə necə nəzarət edilir?

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Modern.az-a danışıb. O bildirib ki, Ailə Məcəlləsinin 114.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir:

“Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülən uşaqların sonrakı həyatına nəzarət Komitə tərəfindən müvafiq rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən həyata keçirilir. Məhkəmə qərarı ilə övladlığa götürən şəxslərin üzərinə hesabatların verilməsinin məcburiliyinə dair öhdəlik qoyulur.

Belə ki, Azərbaycan vətəndaşı olan uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman uşağın səhhəti, təhsili, inkişafı, davranışları, ətraf mühitə uyğunlaşması və sairə məlumatlardan (uşağın inkişaf mərhələlərini özündə aydın əks etdirən foto şəkillər və ən azı 15 dəqiqəlik video yazılar əlavə olunmaqla) ibarət hesabatlar 3 il ərzində ildə 2 dəfə olmaqla hər altı aydan bir Komitəyə təqdim edilir”.

Müsahibimiz deyib ki, Komitənin rəyi əsasında övladlığa götürülən uşaqlar barəsində övladlığa götürmənin ləğvi ilə bağlı müraciətlər olmayıb:

“Qeyd edim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında 2017-ci ildə 9 uşaq (6 qız, 3 oğlan) əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülüb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024