Mobil versiya
Qubaya yeni nəfəs gəldi
Tarix: 30-01-2018 | Saat: 14:51
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qubaya yeni nəfəs gəldi





Başçı Ziyəddin Əliyev ona göstərilən yüksək etimadı doğrultmaq üçün bütün imkanlara sahibdir


Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Əliyev Ziyəddin İsmayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bəlkə də bu təyinatdan hələ heç iki ay vaxtın belə keçmədiyini nəzərə alıb, yeni icra başçısının bu müddət ərzində göstərdiyi fəaliyyətinə dair hər hansı fikir söyləməkdən çəkinmək daha doğru olardı. Lakin Zyəddin Əliyevin bu vəzifəyə təyinatından cəmi bir neçə gün sonra Qubanın ictimai-siyasi həyatında baş vermiş və çox böyük əhəmiyyət kəsb edən bir hadisə, artıq bu xüsusda müəyyən fikirlərin ifadə olunmasını tamamilə doğruldur.
Artıq xəbər verildiyi kimi, 2017-ci il dekabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Quba rayonunda səfərdə olmuşdu. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Əlbəttə, dövlət başçımızın mütəmadi olaraq Azərbaycanın bu və ya digər bölgəsinə səfər etməsi, regional inkişaf proqramlarının necə həyata keçirilməsi ilə bilavasitə yerlərdə tanış olması, istər qlobal layihələrin icrası, istərsə də vətəndaşların nisbətən kiçik sosial-məişət problemlərinin həlli ilə bağlı məsələlərlə şəxsən maraqlanması artıq çoxdan Ölkə Prezidentinin cari fəaliyyətinin normativ tərkib hissəsinə çevrilmişdir. Bu isə, cənab İlham Əliyevin hər bir vətəndaşın prezidenti olduğunu bir daha aşkar şəkildə təsdiq edir.



Lakin dediyimiz kimi, Ölkə Prezidentinin Qubaya səfərinin bu rayona başçı təyin olunmasından cəmi 5 gün sonra baş tutması ən azından dövlət başçımız tərəfindən cənab Ziyəddin Əliyevə kifayət qədər böyük etimad göstərildiyindən xəbər verir. Bunu da qeyd etməyə bilmərik ki, ən azından yeni icra başçısının tutduğu vəzifədə son bir ayda göstərdiyi fəaliyyətinin intensivliyi və səmərəliliyi nəzərə alınarsa, Ziyəddin Əliyevin ona göstərilmiş bu yüksək etimadı doğruldacağına çox böyük əminlik yaranır. Bunun üçün Quba RİH başçısının son bir-iki ayda keçirdiyi görüş və qatıldığı tədbirlərdən, görülmüş işləırdən bəzilərinin qısa xülasəsinə nəzər salmaq belə kifayət edir:





- 11 dekabr 2017-ci il tarixdə Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” mövzusunda elmi-praktik konfrans keçirilmişdir;



- 12 dekabr 2017-ci il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli lider Heydər Əliyevin vəfatının on dördüncü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuş, abidənin önünə gül-çiçək dəstələri qoyulmuşdur;
- Heydər Əliyev prospektində, Vaqif küçəsində, yeni Avtovağzal binasından 223-cü Atıcı Diviziya küçəsinədək olan məsafədə, C.Cabbarlı küçəsində “Mübariz Petrol”un qarşısında, Fətəli xan küçəsində, Həsən Əliyev küçəsinin Vaqif küçəsi ilə kəsişməsində yolun çökmüş, dağılmış asfalt örtüyü hissələri frezlənib və asfalt örtüyü döşənib;



- Köhnə avtovağzal ərazisində mövcud güldanlıqlar götürülərək ərazi genişləndirilmiş, səki daşları qoyularaq səki zolaqları salınmış, səkilər tamet daşlarla üzlənmişdir. Səkilərin arxasında qalan sahəyə asfalt örtüyü döşənmişdir. Keçiddə söküntü işləri tamamlanmış, yenidənqurma işlərinin aparılmasına hazırlıq gedir;
- Quba şəhərində Fətəli xan küçəsi 69, 129, 131, Vaqif küçəsi 5 ünvanlarında yerləşən 2 mərtəbəli, Fətəli xan küçəsi 2a, 2b, 75, Heydər Əliyev prospekti 2v ünvanlarında yerləşən 5 mərtəbəli çoxmənzilli binaların dam örtükləri əsaslı təmir olunur;

- 27-28 dekabr 2017-ci il tarixlərdə Quba şəhəri Mərkəzi meydanda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilib. Buradakı məhsullar orta bazar qiymətindən ucuz təklif olunub. 27 dekabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev təşkil olunan yarmarkada iştirak etmişdir;




- Quba rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Rayon İcra Hakimiyyəti başçısı aparatının və Rayon Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur...
Göründüyü kimi, Qubada ötən ilin son günləri həqiqətən də müxtəlifliyi, rəngarəngliyi və ən əsası da sosial-iqtisadi baxımdan yüksək səmərəliliyi ilə seçilib. Yayımlanan xəbərlərdən məlum olur ki, Quba RİH-nin və digər yerli qurumların fəaliyyətlərində eyni intensivlik və dinamika cari ilin ilk günlərindən də davam etməkdədir.
Heç şübhə etmirik ki, Quba RİH-nin başçısı Ziyəddin Əliyevin və bütün qubalıların səyləri nəticəsində ən yaxın zamanlarda Azərbaycanımızın bu əsrarəngiz guşəsindən daha böyük, daha möhtəşəm uğur və nailiyyətlərin sorağını alacağıq!



aia.az
Sərxan Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024