Mobil versiya
Bayılda 90-a yaxın ev təhlükə zonasına aid edilib
Tarix: 26-01-2018 | Saat: 17:33
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bayılda 90-a yaxın ev təhlükə zonasına aid edilib




Bayıl yamacındakı sürüşmə ərazisində 90-a yaxın ev təhlükə zonasına aid edilib.

Bu barədə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
FHN rəsmisinin sözlərinə görə, sürüşmə ərazisində tədqiqat işləri başlanılıb, hazırda işlər aparılır: "Həmin evlərin hamısı qəzalı vəziyyətdə deyil. Hazırda Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə dəqiqləşdirilir və ərazidə komissiya işləyir. Bu rəqəm dəyişə də bilər”.

Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Səbail Rayin İcra Hakimiyyəti tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024