Fransa Sarkisyanın yox, əhalinin tərəfini tutdu
Tarix: 30-06-2015 | Saat: 07:08
Bölmə:Şou-biznes / Karusel | çapa göndər
Səfir Yan-Fransua Şarpante: "Biz İrəvanda baş verən hadisələri narahatlıqla izləyirik"
Ermənistanda vəziyyətin günbəgün gərginləşməsi xarici ölkələrin də diqqətindən yayınmır. Bu isə o deməkdir ki, İrəvanda daxili vəziyyət nəzarətdən çıxır və beynəlxalq miqyas alır.
ANS PRESS-in məlumatına görə, Fransa yaranmış vəziyyətlə əlaqədar narahat olduğunu açıqlayıb.
Fransanın Ermənistandakı səfiri Yan-Fransua Şarpante bəyanat verərək, İrəvanda olan hadisələri izlədiklərini söyləyib. Diplomat vurğulayıb ki, biz suveren xarici ölkənin daxilində baş verən hadisələr barədə şərh vermək fikrində deyilik. Amma vəziyyətin nəzarətdən çıxmasına, insanların əziyyətinə göz yuma bilməmək də olmaz. Bu hüququ biz özümüzə yazmamışıq.
O, keçirdiyi mətbuat konfransında elektrik enerjisinin bahalaşmasına qarşı əhalinin etiraz aksiyalarına münasibət bildirib.
Səfir deyib: "Deyə bilərəm ki, biz, şübhəsiz, baş verən hadisələri narahatlıqla izləyirik. Hadisələr demokratik proseslərin ümumi məntiqinə uyğun olmalıdır. İnsanların tələb irəli sürmələri normaldır. Hakimiyyət isə ictimai asayişi qorumaq istəyir. Çox istəyirik ki, bu, mümkün qədər tez, dialoq vasitəsilə həllini tapsın. Bu bütün tərəflər üçün münasibdir və iqtisadi nöqteyi-nəzərdən faydalıdır. Bu ölkə üçün iqtisadiyyat çox əhəmiyyətlidir. İnsanla yaşamaq istəyirlər".
ABŞ-ın Ermənistandakı səfirliyi də İrəvandakı vəziyyətlə əlaqədar narahatlığını bildirib. Ötən gün səfirliyin "Twitter" səhifəsində yerləşdirilən yazıda deyilir ki, biz yaranmış gərgin vəziyyətdən çox narahatıq. Tərəfləri ləyaqətli demokratiyanın dəyərləri olan sülh, təmkinli davranış göstərməyə çağırırıq.
Bir sözlə, ATƏT-in Minsk qrupunun üzvü olan iki ölkə Ermənistandakı vəziyyətlə bağlı narahatlığını bildirdi. Amma Rusiya hələlik belə bir bəyanat verməyib. Bu isə o deməkdir ki, etiraz aksiyaları təsadüfdən yaranmayıb və enerji tariflərinin artırılması bəlkədə buna bir bəhanədir. Qərb İrəvanda əhalinin mövqeyindən çıxış edərək vəziyyətin gərginləşməsində maraqlıdır və bununla Rusiyaya mesaj göndərmək istəyir. Rusiya isə İrəvana bəzi güzəştlər etməklə vəziyyəti sabitləşdirməyə çalışır. Görünən odur ki, iki qoçun, yəni Qərb ilə Rusiyanın başı İrəvandakı qazanda qaynamayacaq...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024