Mobil versiya
Səbail İcra Hakimiyyəti: “Sürüşmə zonasındakı evlərin..."
Tarix: 25-01-2018 | Saat: 12:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Səbail İcra Hakimiyyəti: “Sürüşmə zonasındakı evlərin..."


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatlarına görə, Bayıl yamacaındakı sürüşmə sahəsində çatların genişlənməsi müşahidə edilib.

"Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb. Əhalinin təhlükəsizliyinin təmin edilməsi mqəsədilə yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.


Bu barədə məlumat verən Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, evlərin bəzilərində çatlar yaranıb:
"Hazırda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün start verilən köçürülmə davam edir. Prosesin gedişatından asılı olaraq, neçə ailənin köçürüləcəyi müəyyən olunacaq. Hələlik köçürülmə davam etdiyindən dəqiq say demək mümkün deyil”.


Qurum rəsmisinin sözlərinə görə, sürüşmə zonasındakı evlərin əksəriyyəti sənədsiz evlərdir.(modern.az)
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə