Mobil versiya
YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara cavab verdi
Tarix: 24-01-2018 | Saat: 13:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara cavab verdi


“Şəmsəddin Hacıyevin İqtisad Universitetinə rektor təyin olduğu dövrdə bir çox müsbət dəyişikliklər baş verib. Universitetin binası təmir edildi, imtahanların gedişində şəffaflıq artdı, universitetlə ictimaiyyətin əlaqələrinin gücləndirilməsi istiqamətində bir çox ciddi addımlar atıldı. Həmçinin, onun ictimai fəallığı nəzərə alınaraq Milli Məclisin deputatı seçildi. Sonradan isə Yeni Azərbaycan Partiyasının (YAP) əhəmiyyətli rayon təşkilatlarının birinə rəhbər seçildi. Hazırda da həm deputat, həm də YAP-ın rayon təşkilatının sədri kimi vəzifəsinin öhdəsindən uğurla gəlir”.
AIA.Az xəbər verir ki,bu sözləri Modern.az-a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

O, Şəmsəddin Hacıyevin İqtisad Universitetində rektor işlədiyi dövrdə yol verilən qanun pozuntuları haqda rəsmi məlumatlara və mətbuatın yazdıqlarına da münasibət bildirib:

“Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Onu da qeyd edim ki, həmin pozuntularda Şəmsəddin müəllimin adının olması ilə bağlı hər hansı bir məlumat yoxdur. Burada söhbət onun rəhbər olduğu dövrdən gedir. Nəzərə alsaq ki, istənilən universitet böyük bir holdinqdir. Onun hər hansı bir strukturunda qanun və maliyyə pozuntusu ola bilər. İlk növbədə isə həmin pozuntuya görə onu yaradan şəxslər qanun qarşısında cavab verməlidirlər. Ona görə də burada söhbət qanun pozuntusunun təşkilatçısının və iştirakçısının cəzalandırılmasından gedir. Şəmsəddin müəllimlə isə bununla bağlı rəsmi məlumat yoxdur. Buna görə də onu bu işdə ittiham etmək düzgün olmaz. Onu da qeyd edim ki, istintaq orqanlarının vəzifəsi hansısa bir ehtimal üzərində deyil, faktlar üzərində nəticəni göstərməkdir. Məndə heç bir şübhə yoxdur ki, bu istintaq məsələnin əsl təşkilatçılarını üzə çıxara biləcək. Mən çox istərdim ki, tələsik nəticələr çıxarılmasın. Və yaxud da kiminsə adı həmin dövrdə işlədiyinə görə günahsız yerə hallandırılmasın. Mən bu məsələdə dövlət istintaq orqanlarının nəticələrinin gözlənilməsinin tərəfdarıyam”.

Qeyd edək ki, Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədridir.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə