Mobil versiya
Spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər
Tarix: 23-01-2018 | Saat: 12:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

Spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər


Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişikliklə tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

2017-ci il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minib.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.


Həmçinin, bu gündən Azərbaycana gətirilən pivə və alkoqollu içkilərə yeni aksiz dərəcələrinin tətbiqinə başlanıb. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub. Dəyişikliyə əsasən yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.



Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərablarna aksiz dərəcəsi 1 litr üçün 2 manatdan 3,5 manata, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqlarına 1 litr üçün 2 manatdan 3.5 manata, denaturasiya olunmamış etil spirtinə ( 80 həcm % və ya çox spirt qatılığı ilə) 1 litr üçün 2 manatdan 4 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaralar, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər, digər spirtli içkilərə 1 litr üçün 6 manatdan 10 manata, həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinə 1 litr üçün 2 manatdan 4 manata qaldırılıb.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, tütün məmulatları üçün aksiz vergisinin artırılması normaldır:

“Siqaretin insan sağlamlığı üçün zərərləri barədə dünya səhiyyə təşkilatının belə, xəbərdarlığı var. Həmçinin, parlamentdə siqaretin çəkilməsi üçün yerlərin məhdudlaşdırılması barədə qərar qəbul edilib”.

V.Əhmədov bildirib ki, aksiz vergilərinin artırılması siqaretin qiymətinin bahalaşmasına səbəb olacaq:

“Tütün məmulatları üçün aksiz vergisinin artırılmasına görə narahat olmağa dəyməz. Həmçinin, spirtli içkilər də sağlamlıq üçün zərərli, eyni zamanda, həyat üçün əhəmiyyətli olmadığına görə, qiymətlərin artımı ümumi kütləyə təsir etməyəcək”.



İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, bu gündən başlayaraq hissə-hissə qiymətlərin artımını müşahidə edəcəyik:

“Əsas artım yeni partiyanın idxalından sonra baş verəcək. Növbəti ayın əvvəlindən satışa çıxarılan xarici istehsal tütün və tütün məmulatlarının, spirtli içkilərin qiymətləri bahalaşacaq. Ümumilikdə tütün və tütün məmulatlarının, spirtli içkilərin satış qiymətlərinin 25 faizə qədər bahalaşacağı gözlənilir”.

Ekspert bahalaşmanın yerli mallardan da yan keçməyəcəyini vurğulayıb:

“Əksər vaxt idxal mallarının aksiz dərəcələrinin artırılmasının xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi bildirilir. Eyni zamanda, yerli istehsala təsiri olmayacağı vurğulanır. Düzdür, əsas artım xaricdən gətirilən məhsullarda olacaq. Amma spirtli içki istehsal edən yerli müəssisələrin bir çoxunda xammal xaricdən gətirilir. Xammalın da aksiz vergisinin artırıldığını nəzərə alsaq, yerli istehsal olan spirtli içkilərin qiymətlərinin 10-15 faiz artacağı ehtimal olunur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə