Mobil versiya
Nuray hələ də atası ilə görüşməyib - Ötən ilin rezonans doğuran xəbəri
Tarix: 19-01-2018 | Saat: 17:42
Bölmə:Ölkə | çapa göndər

Nuray hələ də atası ilə görüşməyib - Ötən ilin rezonans doğuran xəbəri




Ötən il Qubada azyaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən kobudluğa yol verilməsini əks etdirən videogörüntü yayılmışdı. Həmin görüntülər böyük rezonans doğurmuş, ölkə gündəminin əsas mövzusuna çevrilmişdi.

AzVision.az ötən il mətbuatın diqqətində olan Nuray Quluzadənin vəziyyəti ilə maraqlanıb. Onun xalası Mehriban Eldarova əməkdamışıza bildirib ki, Nuray özünü yaxşı hiss edir, səhhəti və psixoloji durumu yerindədir.

M.Eldarovanın sözlərinə görə, Nuray məlum olaydan sonra hələ də atası ilə görüşməyib: “Nurayın heç bir problemi yoxdur. Dərslərində, davranışlarında hər şey yaxşılığa doğru gedir. Həmin hadisədən sonra nənəsi bizə gəlmişdi. Onlara vəziyyəti izah etdik. Artıq atası da, nənəsi də anladı ki, Nuray qorxur, onlarla görüşmək istəmir. Buna görə də onlar razılaşdılar. O vaxtdan sonra Nuray atası ilə görüşməyib. Atası başa düşdü ki, uşağı zorla aparmağın mənası yoxdur. Həmin şəxslərlə heç bir problemimiz yoxdur. Hamı öz həyatına qaldığı yerdən davam edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə