Mobil versiya
Naxçıvanda təyyarə ilə 300 minə yaxın sərnişin daşınıb
Tarix: 12-01-2018 | Saat: 11:40
Bölmə:Ölkə | çapa göndər

Naxçıvanda təyyarə ilə 300 minə yaxın sərnişin daşınıb




2017-ci il ərzində yerli hava xətləri ilə 287 min 790 sərnişin, 4 milyon 818 min 480 kiloqram baqaj və 35 min 310 kiloqram poçt daşınıb.

aia.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda deyilib.

Bildirilib ki, Beynəlxalq daşımalarda Naxçıvan-İstanbul istiqamətində 3 min 852 nəfər sərnişin və 54 min 570 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində isə 4 min 240 nəfər sərnişin və 57 min 870 kiloqram baqaj daşınıb.

Ötən il aviasiya təhlükəsizliyi, sərnişin və yüklərin nəzarət yoxlamalarının yerinə yetirilməsi üçün aerovağzal kompleksində 2 ədəd yüksəkkeyfiyyətli nəzarət-yoxlama avadanlığı quraşdırılıb, şəxsi heyətin etibarlı radiorabitə əlaqəsinin təmin olunması üçün müasir radiostansiyalar alınıb gətirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024