Sumqayıtdan Bakıya çörək QADAĞASI - İcra Hakimiyyəti aydınlıq gətirdi
Tarix: 09-01-2018 | Saat: 11:33
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bakıda istehsal olunan çörəklərin Sumqaytda satışının qadağan olunması barədə xəbər yayılıb.
Xəbərdə deyilir ki, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satacaqları ilə bağlı xəbərdarlıq edilib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a açıqlama verib.
Qurum rəsmisi yayılan xəbərin həqiqəti əks etdirmədiyini qeyd edib.
"Təbii ki, belə söhbətlər əsassızdır. Sahibkarlar alıcılara xidmət edir və alıcılar arasında hansı çörəklərə tələbat varsa, onun da satışı təmin edilir. Bu gün marketlərdə çoxsaylı çörək çeşidləri var. Amma Sumqayıtın zavod istehsalı olan çörək daha çox alınır. Sumqayıtın çörək zavodu kifayət qədər böyükdür. Bundan əlavə, bir neçə çörək sexləri də fəaliyyət göstərir. Ümumiyyətlə, Sumqayıt zavodunda istehsal edilən çörəklər əhalinin təlabatını tamamilə ödəyir. Sumqayıtda Bakıda istehsal olunan çörək satılır, istəyən şəxs gəlib yoxlaya bilər”.
E.Qocayev deyib ki, müəyyən iş adamları bu söhbətləri ortaya atırlar ki, bazara girə bilsinlər.
“Sumqayıtda böyük alıcı kütləsi var. Görünür ki, belə şayiələri bəzi iş adamları ortaya atırlar ki, bazara girə bilsinlər. Sumqayıtda fəaliyyət göstərən marketlərdə kifayət qədər çörək çeşidləri var. Hanısa market sahibi müəyyən bir zavodun , sexin və yaxud Bakıda istehsal olunan çörəyi qəbul etmirsə, bunun İcra Hakimiyyətinə nə dəxli var? Market sahibi alıcı hansını daha çox istəyirsə, onu da qəbul edir. Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyətinin belə bir qadağası yoxdur".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024