Azərbaycanda cinsi yolla keçən xəstəliklər artıb - SƏBƏBLƏR
Tarix: 05-01-2018 | Saat: 11:29
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Ekspertlərin hesablamalarına görə, dünyanın hər 6 sakinindən biri nə zamansa cinsi yolla ötürülən hansısa xəstəliyə yoluxub. Azərbaycanda da cinsi yolla keçən xəstəliklərin sayı ildən-ilə artmaqdadır. Buna bir neçə faktor səbəb olur. Cinsi partnyorların tez-tez dəyişdirilməsi, prezervativ istifadə etmədən cinsi əlaqəyə girmə, fahişəlik və sair...
Tibb üzrə fəlsəfə doktoru, androloq Rauf RzayevModern.az-abildirib ki, bəzi cinsi yolla yoluxan xəstəliklər vaxtında müalicə olunmasa, uzunmüddətli xəstəliyə və hətta ölümə səbəb ola bilər.
"Dünyada ən təhlükəli cinsi yolla yoluxan xəstəlik HİV-dir. HİV (İnsan immun çatışmazlığı virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olur ki, bu da insan bədəninin immun sistemini zədələyir və xəstəliklərə qarşı mübarizə gücünü zəiflədir. Cinsi yolla ən çox yayılan xəstəliklərdən biri honoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Honoreyanın əsas klinik əlaməti sidik kanalından irinli sarı- yaşılımtıl axıntının olmasıdır. Honoreyanın əlaməti cinsi əlaqədən 1-15 gün ərzində, daha çox hallarda isə 1-2 gün sonra, hətta bəzən 12 saat sonra yaranır. Bu əlamətlər sidik kanalından irinli axıntının gəlməsi, qaşınma, yandırma, cinsi orqan başının ağrılı olması, sidik kanalının xarici dəliyinin qızarması şişkinləşməsi, iltihablaşması hərdən isə sidik ifrazının axırında cüzi qan qarışıgı, temperaturun yüksəlməsi ilə da özünü göstərir.
Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Honoreyanın törədicisi neysseriya Honoreya adlanan bakteriyadır. Risk qrupuna reproduktiv yaşda olan tez-tez cinsi partnyorunu dəyişən, daha çox tüfeyli, əxlaqsız həyat tərzi keçirən, aktiv cinsi həyat yaşayan savadsız insanlar- fahişələr, narkomanlar, cinsi gigiyenaya əməl etməyən insanlar daxildir. İnfeksiya mənbəyi əksər hallarda özündə xəstəliyin əlamətlərini hiss etməyən və honoreya xəstəsi olduğunu bilmədən sağlam insanlarla cinsi əlaqədə olanlardır. Honoreyalı xəstələrin 80%-ə qədəri 20-30 yaşlı, aktiv cinsi həyat yaşayan, cinsi partnyorlarını tez-tez dəyişən insanlardır. Araşdırmalar zamanı məlum olub ki, bir dəfə cinsi əlaqədə olmaqla honoreyalı qadından kişinin yoluxma riski 20-25 %, əksinə honoreyalı kişidən qadının yoluxma riski təqribən 80%-dir. Bundan əlavə, bir çox cinsi yolla keçən xəstəliklər də var”.
R.Rzayev deyib ki, cinsi yolla ötürülən xəstəliklərdən qorunmağın ən vacib yollarından biri tez-tez partnyor dəyişikliyi etməməkdir.
"Prezervativdən istifadə etmək, daha doğrusu, düzgün istifadə etmək də vacibdir. Daha bir ciddi məqama toxunmaq istəyirəm. Prezervativdən istifadə qaydası iki cürdür. Biri cinsi akt zamanı qadını hamilə saxlamamaq, digəri isə cinsi infeksiyaya yoluxmamaq üçündür. Kişi qadınla vajinal cinsi əlaqədə oldu, prezervativi həmin dəqiqə çıxarır. Belə olan halda qadın hamilə qalmır. Yox, əgər kişi cinsi infeksiyalara yoluxmaqdan qorunmaq istəyirsə, prezervativi hamamda yuyunaraq, çıxarmalıdır. Onu da qeyd edim ki, cinsi əlaqədən dərhal sonra antibakterial sabunla tək cinsiyyət orqanını deyil, bütünlüklə qasıq nahiyyəsini yumaq lazımdır. Prezervativdən istifadə etdiyiniz halda belə əlaqədən sonra mutləq sidiyə gedin. Bu cinsi infeksiyalarla yoluxma riskini azaldacaq. Bəzən görürsən ki, xəstə gəlir ki, doktor, "mən seks zamanı daim prezervatdən istifadə etmişəm. Bu xəstəlik məndə haradan yaranıb?”. Araşdıranda da məlum olur ki, xəstə prezervativdən düzgün istifadə etmir. Onu da deyim ki, prezervativ cinsi keçən infeksiyalardan 100 deyil, 80 faiz qoruyur.
Həmçinin, bəzi cinsi xəstəliklərdən qoruyan şamlar da var. Qadın onu seksdən yarım saat əvvəl qoymalıdır. Daha sonra isə cinsi əlaqədə olmalıdır. Bundan əlavə, bəzi dərman pereparatları var ki, seksdən sonra onların vasitəsilə cinsi orqanı yumaq olar. Amma bunların heç biri 100 faizlik nəticə deyil”.
Androloq bildirib ki, cinsi yolla ötrülən xəstəliklərdən 100 faiz qorunmaq üçün təklif olunur ki, partnyorla cinsi münasibətə girməzdən öncə analiz versinlər.
"Bax bu artıq 100 faizli qorunma olur. Həmçinin ictimai tualetdən necə istifadə etmənizə diqqət yetirin. Böyük əksəriyyət ayaqyolunu açır, dərhal da kabinəyə və ya pissuara gedir. Üstəlik, sidiyə gedən zaman cinsi orqanını az əvvəl qapını açdığı əli ilə tutur. Sizdən öncə qapını minlərlə insan açıb. Necə fikirləşirsiniz, bu minlərdən bir neçə insanın zöhrəvi xəstəliklərdən əziyyət cəkmə ehtimalı və infeksiyanın ötürülmə ehtimalı nə qədərdir? Cinsiyyət orqanını tutacağınız əlinizlə tualetin qapısını açmayın. Əllərinizi yalnız sidiyə gedəndən sonra deyil, həm də əvvəl yuyun. Sadə qaydalara riayət edərək, cinsi infeksiyalar ilə yoluxma riskini azaltmaq mümkündür”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024