Mobil versiya
Bayram günlərində marşurut problemi olmayacaq
Tarix: 28-12-2017 | Saat: 17:29
Bölmə:Gündəm | çapa göndər

Bayram günlərində marşurut problemi olmayacaq


Bayram tətili günlərində müntəzəm marşrut xətləri üzrə avtobuslar adi günlərdə olduğu kimi sərnişinlərimizə xidmət edəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, əhalinin bayram tətili günlərində rahat şəkildə sərnişin avtobuslarından istifadəsini təmin etmək məqsədi ilə BNA daşıyıcılara məktub ünvanlayıb.

“Qeyri iş günləri olmasına baxmayaraq BNA növbəli sistemdə işini davam etdirəcək. Və əlbətdəki bu günlərdə marşrut şəbəkəsinə nəzarət də təmin ediləcək. Amma adətən belə bayram tətillərində əhali dincəlmək üçün daha çox şəhərdən kənara getdiyi üçün marşrut şəbəkəsində sərnişin sıxlıq olmur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024