Mobil versiya
"Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi keçitilib
Tarix: 27-12-2017 | Saat: 15:47
Bölmə:Ölkə | çapa göndər

"Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi keçitilib


22 dekabr 2017-ci il tarixində 59 saylı orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi 1-ci qrant müsabiqəsində qalib gəlmiş "Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihənin bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədiməliyev, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon ictimaiyyəti, Bakı şəhərində yerləşən orta məktəblərin şagirdləri iştirak etmişdir. İlk olaraq çıxış edən məktəbin direktoru Kəmalə Şıxlinskaya qeyd etdi ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum xüsusi istedadı və yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır.

Hazırda Azərbaycanda mindən çox sağlamlıq imkanı məhdud olan insan var ki, bunların da minini gənclər təşkil edir. Bu gənclərin uşaqlıqdan qarşılaşdıqları reaksiyalara görə hamıdan qaçaraq və özlərini real həyatdan təcrid edərək tənhalığa məhkum etmələri onların sosiallaşmasına böyük əngəllər törədir. Ərsəyə gətirdiyimiz bu layihənin əsas məqsədi fiziki məhdudiyyətli gənclərin özlərini digər gənclərdən fərqli hiss etməmələrinə yardımçı olmaqdır. Çünki onların da digər insanlar kimi haqları var. Bu gənclərin məhdudiyyəti cəmiyyətdə baş verən bir çox proseslərdən kənarda qalmalarına səbəb olur. Layihədə məhz bu problemin həllini qarşımıza məqsəd kimi qoyduq. Tədbirdə vurğulandı ki, layihə çərçivəsində ilkin olaraq Əsasnamə tərtib edilmiş və respublika ərazisində yerləşən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün ayrılmış xüsusi internat məktəblərinin şagirdləri və məktəb nümayəndəlikləri üçün layihə ilə bağlı bir sıra maarifləndirici görüşlər keçirilmiş, onlara layihənin mahiyyəti haqqında verilmiş və layihəyə hazırlıq işləri görülmüşdür. Foruma qədər sağlamlıq imkanları məhdud uşaqlar üçün olan xüsusi internat məktəblərində şagirdlər üçün təlimlər keçirilmişdir.

Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev qeyd etdi ki, Azərbaycan Respublikası bir çox sahələrdə günü-gündən inkişaf edir və bu gün kifayət qədər istedadlı və bacarıqlı sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin olması artıq hamımıza məlumdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu cür gənclərin sayı daha da artmışdır. Əlbəttə ki, Cənab Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın digər sahələrdə olduğu kimi təhsilimizə və həmçinin xüsusi istedadlı sağlamlıq imkanları məhdud uşaqlara olan diqqət və qayğısı da öz sözünü deyir. Bu layihə də inkişaf edən ölkəmizdə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclərin cəmiyyətdə rolunun daha da artmasına təkan olacaqdır.

Daha sonra çıxış edən Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, artıq bir neçə ildir ki, sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərlə mütəmadi görüşlər keçirilir, internet vasitəsilə dostluq əlaqələri daha da möhkəmləndirilir, xüsusi istedadlı gənclərin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bu gün hər bir vətəndaşın taleyi, onun qayğıları, problemləri dövlətin diqqət mərkəzindədir. Güclü dövlətləri başqalarından fərqləndirən də bu amildir. Harada yaşamasından asılı olmayaraq, dövlət öz vətəndaşlarını heç vaxt darda qoymur, qoymayacaq da.

Digər çıxış edən qonaqlar layihənin mahiyyəti və sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiya edilməsi ilə bağlı görülən işlərin vacibliyindən danışdılar. Daha sonra tədbirin bədii hissəsinə keçildi. Sonda Forumda iştirak edən istedadlı yeniyetmə və gənclər Fəxri Fərmanla təltif olundular.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024