Mobil versiya
İmişliyə xarici sərmayə qoyulacaq – Fotolar
Tarix: 26-12-2017 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər

İmişliyə xarici sərmayə qoyulacaq – Fotolar


Strateji planlaşdırma və investisiya siyasəti üzrə Arxangelsk vilayəti qubernatorunun Birinci müavini İkonnikov Viktor və onun nümayəndə heyəti İmişli rayonunda sahibkarlığın inkişafına sərmayə qoyulması ilə bağlı bu rayonda olublar.

İH-dən AIA.Az-a daxil olan xəbərə görə, qonaqlar və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ehtiramlarını bildiriblər.

Daha sonra onlar Heydər Əliyev Mərkəzi ilə tanış olub və səfərin məqsədi barədə müzakirə aparıblar.

Səfər çərçivəsində Arxangelsk vilayəti qubernatorunun Birinci müavini, onu müşayət edən nümayəndə heyəti və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda yerləşən İmişli şəkər zavoduna, Şəkər zavodunun nəzdində fəaliyyət göstərən Şəkər yem zavoduna, Kəllə qənd zavoduna, İmişli Pambıq təmizləmə zavoduna və “ARAZ-KO” LTD istxana kompleksinə baxış keçirib və İmişli rayonunda hansı sahələr üzrə iş görülməsi barədə işgüzar söhbətlər aparılıb.

Yaxın gələcəkdə bu görüşün müsbət nəticələri olduğu vurğulanıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə