Mobil versiya
Ramil Usubov üçün özəl gün
Tarix: 22-12-2017 | Saat: 12:10
Bölmə:Manşet | çapa göndər

Ramil Usubov üçün özəl gün


Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, polis general-polkovniki olan R. Usubov 22 dekabr 1948, Xocalı rayonunda anadan olub.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edən nazir cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

1993-cü ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

29 aprel 1994-cü ildən isə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindədir.

23 ildir nazir vəzifəsi tutan R. Usubov üç övlad atasıdır.








Məlumatlanmaq üçün Facebook səhifəmizi

5495 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2020
01-06-2020
{sape_links}{sape_article}