Bacısının başını kəsən qızın cəzası açıqlandı
Tarix: 12-11-2015 | Saat: 13:22
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının başını kəsməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərinin tədbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı Pərvanə Nuriyeva Səhiyyə Nazirliyinin 1 saylı Psixakteriya xəstəxanasına göndərilib.
Qeyd edək ki, qətl hadisə keçən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 “a” mənzil 39-da baş verib. Həmin günü saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın bacısı kollecdən evə qayıdıb. O, özündəki açarla qapını açıb, içəri daxil olan qız dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan, evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib. O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək, onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva bacısının ölümündən xəbərsizmiş kimi rola girib.
Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib. Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Pərvanə Nuriyeva özünü hadisədən bixəbər kimi göstərməyə çalışsa da, buraxdığı bəzi səhvlər onun planını alt-üst edib. Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içindən qadın paltarı aşkar edilib.
Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü sonda etiraf edib.
Hadisə ilə bağlı danışan Pərvanə bacısı Günellə aralarında konfliktin baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib. Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi evdən çıxaraq, musiqi məktəbinə yollanıb.
Pərvanə Nuriyeva ilkin dindirilmə zamanı bildirib ki, bacısı bir müddətdir evə gəlin və qız gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024