Mobil versiya
Təhsil Nazirliyində yeni TƏYİNATLAR
Tarix: 12-11-2015 | Saat: 13:01
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər

Təhsil Nazirliyində yeni TƏYİNATLAR
Faiz Şahbazlı və Firudun Həmzəyev, 4 rayonun təhsil şöbəsinin müdiri vəzifədən azad edilib


Təhsil Nazirliyinin aparatında və tabeli qurumlarda bir sıra kadr dəyişiklikləri aparılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Famil Mustafayev və Fərhad Əmirbəyov təhsil nazirinin müşaviri vəzifələrinə təyin ediliblər.

F. Mustafayev Azərbaycan Texniki Universitetində müəllim, Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent, professor vəzifələrində işləyib, son iş yeri AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini olub. F.Əmirbəyov müxtəlif dövlət və özəl strukturlarda mühəndis, konstruktor, şöbə müdiri, icraçı direktor vəzifələrində çalışıb. Son iş yeri Bakı Banklararası Valyuta Birjası olub.

1975-ci ildən Təhsil Nazirliyində çalışan Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib.

1997-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə işləmiş Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Onun yerinə 2002-ci ildən Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmov təyin olunub.

Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsi Vasif Məmmədova həvalə edilib. V. Məmmədov 2001-2010-cu illərdə özəl sektorda, 2013-cü ildə “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru, 2014-cü ildən isə Təhsil Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin olunub. G. Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra mudiri, professor vəzifələrində işləyib.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad olunub. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin edilib.

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad ediliblər.


Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad ediliblər.

Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024