Mobil versiya
Əmanətçilərə 748 milyon ödənilib
Tarix: 18-12-2017 | Saat: 17:19
Bölmə:İqtisadiyyat | çapa göndər

Əmanətçilərə 748 milyon ödənilib


Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyaların məbləğinin açıqlayıb.

Fonddan AzVision.az-a verilən məlumata görə, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99,950 min manatı kompensasiya olunan əmanətlərdir. Dekabrın 14-ə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837,465 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) kompensasiya ödənilib və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 24,191 mln. (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

"Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976,441 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 120 mln. 413,9 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Parabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya verilib.

"Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 72 mln. 196,9 min manat (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

"Kredobank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 27 mln. 914,7 min manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya qaytarılıb.

"Dekabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 3 mln. 88,3 min manat (ümumi kompensasiya öhdəliyinin 98,8%-i) kompensasiya ödənilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 14 mln. 352,1 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya verilib.

"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 2 mln. 4,4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 437 mln. 745,8 min manat (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) kompensasiya verilib.

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 747,943 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" qanunun 28,4 maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024