528 nəfər qidadan zəhərləndi, ölənlərin sayı 4-ə çatdı
Tarix: 18-12-2017 | Saat: 09:21
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 318 qida zəhərlənməsi baş verib.
aia.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib.
Yanvar-noyabr ayları ərzində 19 botulizm hadisəsi baş verib. Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.
Ümumilikdə qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı ötən illin müvafiq dövrü ilə müqayisədə azalıb.
2016-cı iln yanvar-noyabr aylarında Azərbaycanda 573 qida zəhərlənməsi hadisəsi baş verib, 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024