Mobil versiya
OPEK Azərbaycanı neft hasilatını azaltmağa çağırdı
Tarix: 10-11-2015 | Saat: 17:02
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər



“Dövlətlər bərabər işləməlidirlər”.

OPEK-ə daxil olmayan ölkələr neft tədarükünü azaltmalıdırlar, bununla yanaşı OPEK öz payının 40%-dən aşağı düşməsinə imkan verməyəcək, RİA Novosti-yə bu barədə OPEK-in baş katibi Abdulla əl-Badri bəyan edib.

Onun sözlərinə görə, bu sahəyə qoyulan investisiyaların 130 milyard dollar azalması neftə olan qiymətin artmasına gətirib çıxaracaq.

“Bununla yanaşı OPEK ölkələri tərəfindən dekabrın 4-də kvotaların bir sutkada 1,5 milyon barel azaldılması neft bazarında tarazlığa yardım etməyəcək”, Bloomberg OPEK-in baş katibinin sözlərindən sitat gətirib.

“Bizə neft hasil edən ölkələrin investisiya yatıra biləcəyi, istehlakçıların isə ala biləcəkləri qiymət lazımdır. Dövlətlər bir yerdə işləməlidirlər. Biz bu bazarı sabitləşdirməliyik”, - əl-Badri bəyan edib.

2014-cü ilin yayının əvvəlindən 2015-ci ilin əvvəlinə qədər neftin qiyməti iki dəfədən çox enib – Brent markalı neftin bir bareli üçün qiymət 100 dollardan 45 dollara qədər azalıb. Qiymətlərin azalmasını, OPEK-in noyabr ayının 27-də neft hasilatının kvotasının bir sutkada 30 milyon barel səviyyəsində saxlanılmasına dair qərarı sürətləndirdi.

Qeyd edək ki, oktyabrın 21-i OPEK-in Avstriyada keçirilən iclasına 8 ölkə - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət edilmişdi.

Buna baxmayaraq Azərbaycan iclasda iştirak etməkdən imtina etmişdi. oxu.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə