İngilislər Azərbaycana 800 milyon dollar təklif etdi – FOTO
Tarix: 10-11-2015 | Saat: 16:57
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər
“Azərsu” məlumat yaydı.
Noyabrın 10-da “Azərsu” ASC-də Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı Nobel Oil şirkətləri ilə “Azərsu” ASC arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.
Memorandum Biwater və Nobel Oil şirkətləri tərəfindən “Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları” layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını bildirib:
“Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan Biwater şirkəti ilə əməkdaşlığın geniş perspektivləri vardır. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcəkdir.
Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq”.
Biwater şirkətinin icraçı sədri Edrian Uayt bildirib ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır:
“Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılmışdır. Şirkətimizin bu sahədə geniş təcrübəsini nəzərə alıb Azərbaycanda tullantı sularının idarəolunması sahəsində irimiqyaslı layihələrinin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindəyik”.
Əməkdaşlıq Haqqında Memorandumu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Biwater şirkətinin icraçı sədri Edrian Uayt və Nobel Oil şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalayıb. İmzalanma mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq də iştirak edib.
Sənədə əsasən Biwater və Nobel Oil şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq.
Bundan başqa, Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 milyon dollar vəsait ayrılması təklif edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024