Nazirlik uşaq intiharlarının səbəbini AÇIQLADI
Tarix: 09-12-2017 | Saat: 14:40
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqlayıb.
aia.az xəbər verir ki, nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov APA-ya deyib ki, bütün dünyada uşaq intiharları artıb. F. İsmayılov bildirib ki, Azərbaycanda intihar etmiş uşaqların sayı elə də yüksək deyil:
"Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı. Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir. Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür. Uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.
Onun sözlərinə görə, 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000 - 5000 nəfər müraciət edir: "Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında artım var. Lakin bu heç də vəziyyətin təhlükəli olması demək deyil. Bu, Mərkəzin xidmətlərinin keyfiyyətinin artdığından xəbər verir ki, insanlara bizə inanıb müraciət edirlər”.
Direktor qeyd edib ki, Azərbaycanda hər 100 min nəfər 5,3 intihar halı düşür: "Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihar halı düşür. Avropada ən aşağı rəqəmlər Azərbaycandadır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024