Mobil versiya
Ramil Usubovdan yeni qərar
Tarix: 29-06-2015 | Saat: 13:14
Bölmə:Siyasət / Karusel | çapa göndər


Nazir Qubada vətəndaşları qəbul edəcək və polis olmaq istəyən şəxslərlə görüşəcək.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il iyul ayının 11-də, saat 10:00-da Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini Quba rayon polis şöbəsində qəbul edəcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Verilən məlumata görə, qəbul başa çatdıqdan sonra daxili işlər naziri tərəfindən Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Quba rayon polis şöbəsində sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- müddətli həqiqi həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024