BMT-nin baş katibi dünyaya müraciət etdi
Tarix: 25-11-2017 | Saat: 12:04
Bölmə:Manşet / Siyasət | çapa göndər
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreş 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq günlə əlaqədar müraciət imzalayıb.
BMT-nin Bakıdakı nümayəndəliyindən daxil olan məlumata görə, müraciətdə deyilir:
- Hər qadın və qızın zorakılıqdan azad həyat sürmək hüququ var. İnsan hüququnun pozulması hər icmada müxtəlif formalarda baş verir və xüsusən də, ən təcrid olunmuş və həssas təbəqəyə təsir göstərir. Bütün dünyada, hər 3 qadından 1-i öz həyatı boyu fiziki və/və ya cinsi zorakılığa məruz qalır. 750 milyon qız erkən nikaha girir və 250 milyondan artıq qadına qarşı cinsi orqanların şikəst edilməsi aktı törədilir.
Qadın hüquqlarının müdafiəçilərinə qarşı təqiblər narahatlıq doğuran səviyyəyə çatıb. Qadın siyasətçilərə qarşı zorakılıq onların vətəndaş, siyasi, sosial, iqtisadi və mədəni hüquqları sahəsində irəliləyiş əldə etməsinə mane olur.
Bu gün geniş şəkildə etiraf edilir ki, təqib və zərərli davranışlar da daxil olmaqla, qadınlara qarşı zorakılıq halları insan hüquqlarının tam həyata keçirilməsinə olan əsas maneələrdir, eləcə də onların sülhün qorunub saxlanılmasında iştirakını əngəlləyir. Bunu aradan qaldırmadan, biz Dayanıqlı İnkişaf üçün 2030-cu ilə olan gündəliyinin icrasına heç zaman nail ola bilmərik.
Qadın və qızlara qarşı zorakılığa birdəfəlik son qomaq üçün birgə səylərimizin artırmaq vaxtı yetişib. Ümumi məqsədə nail olmaq üçün hamımız ölkələrimiz, regionlarımız və icmalarımız daxilində birgə çalışmalıyıq.
Birləşmiş Millətlər Təşkilatı qadınlara qarşı zorakılıqla mübarizəni müxtəlif yollarla aparır. Bu sırada qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Qəyyumluq Fondunun yaradlmasını, səylərimizi milli hökumətlər və vətəndaş cəmiyyəti ilə birləşdirmək üçün Avropa İttifaqı ilə birgə irəli sürülmüş “Xüsusi Diqqət Təşəbbüsü”nün həyata keçirilməsini və BMT-nin Təhlükəsiz Şəhərlər və Təhlükəsiz İctimai Yerlər üzrə Qlobal Təşəbbüsünü qeyd edə bilərik.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı daxilində seksual təqibə sıfır dözümlülük siyasətim sentyabr ayında başlanmış Gender Pariteti Strategiyasının bir hissəsidir. Biz həmçinin “Qadınlara qarşı Zorakılığa son qoymaq üçün BİRLƏŞİN” kampaniyasının yeni “2030-cu ilə qədər BİRLƏŞİN” adı altında davam etdirmək öhdəliyini götürmüşük.
Bütün dünyada qadın və qızların təqibə məruz qalmadan, zərərli davranış və bütün növ zorakılıqdan azad yaşamaları üçün hamımızın birgə fəaliyyət göstərməsi vaxtı yetişib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024