Mobil versiya
Sumqayıtda ər qısqanclıq zəminində arvadını qətlə yetirib - FOTO
Tarix: 07-11-2015 | Saat: 12:50
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər

Sumqayıtda ər qısqanclıq zəminində arvadını qətlə yetirib - FOTO
Faktla bağlı cinayət işi başlanılıb.

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Aia.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib. 27 saylı binanın 40-cı mənizlində kirayədə yaşayan Qubadlı rayon sakini Xəqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxtdən götürdüyü bıçaqla arvadı, 27 yaşlı Ramiləyə çoxsaylı zərbələr vurub.

Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ilkin dindirmə zamanmı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024