Mobil versiya
ATU rektoru akademik Əhliman Əmiraslanovu təbrik etdi
Tarix: 18-11-2017 | Saat: 13:33
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

ATU rektoru akademik Əhliman Əmiraslanovu təbrik etdi



Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli ATU-nun Onkoloji Kilinikasının direktoru, onkologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik etdi.

G.Gəraybəyli akademik Ə.Əmiraslanovu 70 illik yubileyi münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri adından təbrik edib: “Sizi səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımızı çatdırırıq. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi dövrdən etibarən 25 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinə böyük uğurla rəhbərlik etməyiniz, ölkəmizin bu ali tibb təhsili ocağının maddi-texniki bazasının dünya standartları səviyyəsinə çatdırılmasında, tibb təhsili və tibb elmi sahələrinin, müalicə-profilaktika sahəsində məqsədyönlü islahatları yerinə yetirdiyimiz müstəsna xidmətləriniz hər an göz önündədir. Kollektivimiz üçün daim doğma insan kimi nail olduğunuz hər bir müvəffəqiyyətə ürəkdən sevinir, şad oluruq”.

Bu günlərdə Azərbaycan Prezidenti tərəfindən “Şərəf” ordeninə layiq görülən akademik Ə.Əmiraslanova gül dəstəsi və xatirə plaketi də təqdim olunub.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024