Tərtərdə saxta pul kəsən operator: Toylar qurtardı, bu işə başladım - VİDEO
Tarix: 03-11-2015 | Saat: 15:10
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
“Hələ də borcluyam”.
Tərtər polisi saxta pul kəsən şəxsləri saxlayıb.
Oxu.Az xəbər verir ki, APA TV-nin yerli bürosunun məlumatına görə, Tərtər rayonunun Əskipara kəndindən olan iki dost - Məmmədli Fərid Bahadur oğlu və Səxavət Axundlu şəhər sakini Qanboy Tanrıverdiyevin Tərtər Rayon Polis Şöbəsinə şikayəti əsasında tutulub.
İlkin baxış zamanı Fərid Məmmədlinin üzərindən 1 ədəd 20 manatlıq, 34 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, Səxavət Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əsginas aşkar edilərək götürülüb. 20 yaşlı Fərid Məmmədli əsginasları printerdə çap etdiyini etiraf edib:
"Videooperatoram. Toylar qurtardı, bu işə başladım. İmkansızlıqdan başladım".
18 yaşlı Səxavət Axundlu isə Fəridin güdazına gedib. O, dostunda gördüyü saxta pula həvəslənərək 170 manatlıq saxta əsginası 75 manata alıb. O, hələ də özünü Fəridə borclu hesab edir:
"Fəriddə gördüm dükanın qarşısında, siqaret alırdı. Pulları görəndə elə bildim saxta deyil. Sonra soruşdum, dedi ki, bəs belə... Dedim, 170 manat verdi, 75 manat müqabilində razılaşdıq. Həmin axşamı Qanboy adlı şəxsə - dükana 20 manat verdim - 2 dənə 10 manatlıq. Siqaret-zad aldım. Getdim evə. Səhəri gün polis əməkdaşları məni tutdu, gətirdi bura. 75 manat verəcəkdim, verə bilmədim. Tutulduğuma görə hələ də borcluyam".
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024