Mobil versiya
Bir neçə baş həkimə töhmət verildi
Tarix: 02-11-2017 | Saat: 14:18
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Bir neçə baş həkimə töhmət verildi


Sumqayıt şəhər Səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimlərinin iştirakıyla iclas keçirilib.
aia.az Xeberle.com-a istinadən xəbər verir ki, iclasda bir sıra baş həkimlər işlərində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.
Belə ki, Sumqayıt şəhər 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U. Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.
Qeyd edək ki, Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyev töhmət aldıqdan istefa ərizəsi yazıb və tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, ötən gün M. Tağıyev saytımıza açıqlamasında məzuniyyətdə olduğunu və işə noyabrın 14-də çıxacağını bildirmişdi.
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024