Şəmkir fermerləri bu il 40 min hektar sahədə məhsul yetişdiriblər
Tarix: 27-10-2017 | Saat: 16:19
Bölmə:Ölkə | çapa göndər
Ölkə iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı, öz zəhməti var. Qazanılan bu nailiyyətlərdə Şəmkir rayonunun da payı az deyil. Çünki əlverişli coğrafi relyefi, münbit torpağı, bol su mənbələri hesabına burada ildə dörd dəfə məhsul götürülür.
Dövlət tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib.
Rayonda yaradılan nəhəng infrastruktur yenilikləri və tikinti-abadlıq işləri bir yana, ölkə rəhbərliyinin Şəmkirə və şəmkirlilərə göstərdiyi bu diqqət və qayğı, yaradılan şərait əhali tərəfindən məmnunluqla qarşılanır.
Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya orta həcmli istixana, həmçinin üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.
Başqa sözlə, Şəmkirdə abadlıq-quruculuq işlərindən tutmuş, yeni infrastruktur layihələrinin reallaşması, ərzaq təhlükəsizliyi məsələləri, kənd təsərrüfatının bütün sahələr üzrə inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Bu il Şəmkir rayonundakı əkin sahələrində 8304 hektar sahədə buğda, 5777 hektarda arpa, 867 hektarda günəbaxan, 2487 hektarda qarğıdalı, 1718 hektarda pomidor, xiyar, 6489 hektarda kartof, 1203 hektarda şəkər çuğunduru becərilib.
Fermerlər indiyədək 28822 ton buğda, 16233 ton arpa, 1473 ton günəbaxan, 16414 ton qarğıdalı istehsal ediblər.
Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 129808 ton pomidor və xiyar istehsal olunub.
Hazırda kartof, şəkər çuğunduru və tərəvəz sahələrində məhsul yığımı davam etdirilir. Bu günədək tarlalardan 4525 ton şəkər çuğunduru, 19291 ton günəbaxan, 113730 ton kartof yığılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024