Ramiz Pirverdiyevin adı “MTN işi”ndə hallanır
Tarix: 30-10-2015 | Saat: 14:34
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Ramiz Pirverdiyev restoran və mağazasını qorumaq üçün yollar arayır
Gədəbəy Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevin də adı “MTN işi”nə qarışıb.
Oktyabrın 17-də MTN-də baş tutan operativ əməliyyat zamanı saxlanılan ilk 7 nəfərdən biri – qurumun Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyevlə Ramiz Pirverdiyev qudadırlar. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın kadrlardan olan T.Quliyev əslən Gədəbəydəndir. Məumata görə R.Pirveriyev qudasına arxayın olaraq bir çox qanunsuzluqlara imza atıb.
Bildirilir ki, baş həkim T.Quiyevin “krışa”lığı altında rəhbərlik etdiyi Gədəbəy Mərkəzi Xəstəxanasının əsas giriş qapısını bağlayıb. Orada özünə “NUR” adlandırdığı restoran və eyniadlı market tikib. Bu obyektlər tikilən illərdə rayon sakinlərinin etirazına səbəb olsa da, onları şikayətləri qulaqardına vurulub. Şikayət məktublarına baxan olmayıb. Həmin məktublardan biri illər öncə mətbuatda yayılıb. Məktubda baş həkimin restoranında baş verənlərdən müvafiq qurumlara məlumat verilib. Həmin müraciətdən sitat: “Acınacaqlısı budur ki, bu obyektlərdə işləyənlərin çoxu xəstəxananın texniki işçiləridir.
Tibb heyəti gününü bu restoranlarda yeyib içməkdə keçirir. Baş həkimin tapşırığına əsasən əgər hər hansı işçi həmin restorandadırsa, onu təcili iş üçün işə çağırmaq olmaz! Günorta və axşam saatlarında restorana gələnlərin maşınları xəstəxananın girişini bağladıgına görə təcili yardım maşınlarının çağırışa getməsi çətinləşir. Xəstələr və yaxınları gecələr restoranda sərxoş olan insanların davranışlarından narahat olurlar”. Məktub müəllifləri həmçinin rayonun icra başçısı Ramiz Yediyarova da sual ünvanlayırdılar: “Vətəndaşların illər uzunu min bir əziyyətlə tikdirdiyi obyektləri bir anın içində darmadağın edirsiz, niyə asanlıqla başa gəlmiş bu obyektlərin ləğv edilməsini təmin etmirsiniz? Bəlkə bu gecəqondu evlərinə oxşayan tikililər memarlıq incisidir?”
Həbsinə qədər qudasının adını şəstlə çəkən baş həkimin hazırda halı fənadır. İllərdir ki, rayon mərkəzi xəstəxanasını şəxsi obyekti kimi işlədən baş həkimin qudasının həbsindən sonra özünə qapıldığı, səksəkə içində olduğu deyilir. R.Pirverdiyev əmlaklarını qorumaq üçün yeni “krışa” axtarışına çıxıb. Lakin onu yaxına buaxan yoxdur. Baş həkimin güvənərək etdiyi qanunsuzluğu – dövlət xəstəxanasının qapısını bağlamasını illərdir görməzdən gələn adaşı olan icra başçısı da görməyə başlayıb. Başqa sözlə, Ramiz Pirverdiyevin “çətiri” – qudası artıq vəzifədə deyil. Teymur Quliyevə güvənilərək tikilən obyektlərin də olmayacağı zamana bağlı məsələdir. Artıq Naxçıvanda T.Quliyevin birbaşa rəisi olan Eldar Mahmudovun atasının heykəlini söküblər…
Qeyd edək ki, oktyabrın 17-də Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində nazirliyin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb. Onlardan biri də general-mayor Teymur Quliyevdir. Vaxtilə DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində (OBXSS)gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişib. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilib. Bu vəzifədən daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilib. (gunxeber.com)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024