Mobil versiya
Şahin Mustafayev: Azərbaycanda pambıq emalı 400 min tona çatdırılacaq
Tarix: 19-10-2017 | Saat: 12:00
Bölmə:Gündəm | çapa göndər

Şahin Mustafayev: Azərbaycanda pambıq emalı 400 min tona çatdırılacaq


Pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə Azərbaycanda pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Nazir bildirib ki, dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyin inkişafı istiqamətində imzalanmış sərəncamlar, keçirilmiş müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi, sahəvi dövlət proqramları ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib: "Pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək".

O qeyd edib ki, digər ənənəvi sahələrdə də artım tempi müşahidə olunur: "2015-ci ildə ölkə üzrə 236 kiloqram yaş barama istehsal olunduğu halda, ötən il bu göstərici 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırılıb. Tütünçülüyün inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bu sahədə əkin sahələrini 2021-ci ilədək 2 dəfə genişləndirərək, hazırkı 3200 hektardan 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu isə ölkədə hər il 12 min ton quru tütün istehsal etmək imkanı yaradacaq. İxrac qabiliyyətli əsas məhsullardan olan fındıq istehsalını artırmaq üçün bölgələrdə mövcud fındıq bağlarından 2 dəfə çox yeni bağların salınması nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, iri çayçılıq təsərrüfatlarının yaradılması, istehsal prosesinə innovativ texnikanın cəlb olunması və bu sahədə elmi yanaşmaların tətbiqi çay plantasiyası sahələrinin 17 min hektara çatdırılmasına imkan verəcək. Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkəmizin kənd təsərüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, ərzaq məhsullarının istehsalı artmış, ixrac imkanları genişlənib".(Trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024