Mobil versiya
Yevlaxda 16 köçkün ailəsinin yaşadığı bina uçdu
Tarix: 30-10-2015 | Saat: 12:58
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir.

Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub.

Aia.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib.

Uzun illərdi ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov ve Xeqani Heyder oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub.

Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub. İstismar müddəti başa çatan bina qəzalı vəziyətdə olsa da köçkünlər binada yaşamaq məcburiyyətindədirlər.

Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə