Mobil versiya
Şəmsəddin Hacıyev – alimin uğurları, bədxahların qısqanclığı
Tarix: 12-10-2017 | Saat: 12:31
Bölmə:Siyasət / Manşet | çapa göndər

Şəmsəddin Hacıyev – alimin uğurları, bədxahların qısqanclığı




Son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru Şəmsəddin Hacıyevə qarşı ittiham xarakterli yazılar dərc olunmaqdadır. Əslində bu kimi çıxışlara əvvəllər də, yəni Şəmsəddin müəllimin 2014-cü ildə ADİU-nun rektoru vəzifəsindən azad olunmasından az müddət sonra başlamaqla, indiyədək mütəmadi olaraq müəyyən KİV-lərin səhifələrində yer verilir. Bu kimi çıxışları doğuran səbəblərə gəlincə isə, əksər araşdırmaçıların rəyinə görə, Şəmsəddin Hacıyevin artıq uzun illərdən bəri stabil davam edən karyera yüksəlişi, bu illər ərzində onun əldə etdiyi çoxsaylı uğur və nailiyyətlər və ən əsası da Şəmsəddin müəllimin fəaliyyətinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilməsi bir çoxlarında qısqnclıq və narahatlıq hisslərinin yaranmasına səbəb olur.Qeyd edək ki, Şəmsəddin Hacıyevin indiyədək keçdiyi həyat yolu həqiqətən daima yüksələn xətt üzrə istiqamətlənməsi, dinamikliyi və təcrübə zənginliyi ilə diqqəti cəlb edir.



Şəmsəddin Hümmət oğlu Hacıyev 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur. 1993–1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996–2000-ci illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik edir.

Həmçinin Şəmsəddin müəllimin elmi fəaliyyəti də kifayət qədər yüksək nailiyyətlərlə müşayiət olunmaqdadır. Hələ 1980-ci ilin yanvarında Şəmsəddin Hacıyev “Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999–2001-ci illərdə T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.2014. - "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir.



Şəmsəddin müəllimin ADİU-da fəaliyyəti dövrü də bir çox məqamları ilə yaddaqalan olub.Belə ki, o, həmin dövrdə İnstitutun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidenti kimi vəzifələri də daşımışdır.Hazırda yenə də ADİU-nun Dissertasiya Şurasının sədri, Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur.

Şəmsəddin Hacıyev 3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuşdur və 5 mart 2014-cü il tarixinə kimi bu vəzifədə çalışmışdır. Birmənalı olaraq demək olar ki, məhz Şəmsəddin müəllimin rektorluq illərində ADİU bir sıra uğurlara imza atıb, təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib.
Bədxahların qısqanclığına gəlincə isə, təəssüflər olsun ki, bu kimi “hücumlar”dan heç kim sığortalı deyil. Vacib olanı budur ki, həmin qaragüruhçuların hədəfinə çevrilmiş insan gərək öz yaradıcı fəaliyyətini səngitməsin, öz potensialını, enerjisini mənasız ittihamların təkzibinə yönəltməklə əsas məqsədlərindən yayınmasın.
Bu gün də Şəmsəddin müəllim millət vəkili və Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərməklə Azərbaycan xalqına və Azərbaycan dövlətinə şərəfli xidmətini davam etdirməkdədir. Əlbəttə ki, bu xidmətlər Azərbaycan dövləti və ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir.

10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hacıyev “Şöhrət” ordeni ilə təltif edilmişdir.


Tahir Həsənov

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024