Mobil versiya
“ElMed” – etibar edə biləcəyiniz tibb mərkəzi
Tarix: 10-10-2017 | Saat: 14:39
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər

“ElMed” – etibar edə biləcəyiniz tibb mərkəzi



Bu gün Azərbaycan səhiyyə sisteminin yenidən qurulmasına və inkişafına göstərilən dövlət qayğısı və diqqəti, özəl tibb sahəsində çalışan insanları da yeni uğur və nailiyyətlərə ruhlandırır. Məhz bu səbəbdən də ölkə ərazisində, xüsusilə də paytaxt Bakımızda vətəndaşlara yüksək səviyyədə tibbi xidmətlər göstərən özəl səhiyyə müəssisələri fəaliyyət göstərməkdədir. Təbii ki, bu müəssisələrin arasında xüsusi özəllikləri, əhaliyə göstərilən tibbi xidmətlərin daha yüksək keyfiyyəti ilə seçilənləri də vardır. Elə bu gün haqqında danışmaq istədiyimiz “ElMed” Tibb Mərkəzi də bu cür sayılıb-seçilən müəssisələrdəndir.


Bakının Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsi 51C ünvanında yerləşən “ElMed” Tibb Mərkəzində, bu müəssisə fəaliyyətə başladığı ilk gündən vətəndaşlara göstərilən tibbi xidmətlərin yalnız ən yüksək standartları tətbiq olunmaqdadır. Mərkəzin yüksək peşəkarlığı ilə seçilən personalı buraya müraciət edən hər bir xəstəyə, hər bir vətəndaşa fərdi yanaşma, xüsusi münasibət üsullarını tətbiq etməklə insanların sağlamlıqlarının bərpası və mühafizəsi üçün bütün bilik və potensiallarını hər zaman səfərbər edirlər. Müəssisənin ümumilikdə 120 nəfərə yaxın əməkadaşı olan kollektivində 50 nəfər yüksək ixtisaslı həkim və 70 nəfər kiçik tibbi və texniki personal çalışmaqdadır. Bu gün “ElMed” Tibb Mərkəzində Rusiya, Yaponiya, Türkiyə və ölkəmizin məşhur klinikalarında təkmilləşmə kursları keçmiş yüksək ixtisaslı həkimlər – terapevt, nevroloq, kardioloq, mama-ginekoloq, pediatr, otolarinqoloq, dermatoveneroloq, cərrah, fizioterapevt və digər mütəxəssislər buraya müraciət edənlərə həqiqətən də yüksək standartlara cavab verəcək səviyyədə tibbi xidmətlər göstərirlər.Mərkəzdə çox sayda cərrahiyyə əməliyyatları, eyni zamanda qansız, ağrısız lazerli sünnət əməliyyatı aparılır.Həmçinin ÇXR və Rumıniyada ixtisaslaşma keçmiş masajıst, peşəkar və səliqəli kiçik tibbi personalın da işi xüsusilə qeyd olunmalıdır. Mərkəzin kabinetləri isə, yüksək beynəlxalq tələblərə cavab verən ABŞ, Almaniya, Avstriya, İngiltərə və İsraildə istehsal olunmuş ən müasir tibb avadanlıqları ilə təchiz olunmuşdur.“ElMed” Tibb Mərkəzində vətəndaşlara göstərilən tibbi müayinə və müalicə-profilaktik xidmətlərin tam siyahısı isə kifayət qədər böyükdür. Bura aşağıdakı xidmətlər daxildir:





Manipulyasiyalar;
Terapiya;
Qastroenterologiya;
Hidrokolonterapiya;
Kardiologiya;
Pediatriya;
Dermatovenerologiya;
Ensefaloqramma;
Otorinolarinqologiya;
Ginekologiya;
Onkoloq- Kolposkopiya;
Oftalmologiya;
Nevrologiya;
Ultrasanaqrafiya;
Endoskopiya;
Stomatologiya;
Ümumi rentgen;
Massaj;
Fizioterapiya;
Ozonoterapiya;
Kasmetologiya;
Permoment makiyaj;
Laborator müayinələr;
Koaquloqramma;
Biokimyəvi testlər;[/right]
Bakterioloji müayinə;
Hormon testləri;
İnfeksiyalar.



Birmənalı olaraq demək olar ki, bu gün “ElMed” Tibb Mərkəzinə müraciət edən insanlar öz sağlamlıqlarını yüksək ixtisaslı peşəkarlara etibar etdiklərindən tam əmin ola bilərlər.
Sonda isə, bəzi “tənqidi yazı” həvəskarları kimi tanınmış həmkarlarımıza üzümüzü tutaraq demək istərdik ki, hər hansı bir səhiyyə müəssisəsini nə maliyyə qurumu, nə təsərrüfat fəaliyyəti ilə məşğul olan hansısa bir təşkilat, nə də istehsalat müəssisəsi ilə səhv salmasınlar. Belə ki, tibb mərkəzlərinə, klinikalara üz tutan insanlar buraya özlərinin həyatda ən qiymətli nemətlərini, can sağlıqlarını əmanət edirlər. Buna görə də bu müəssisələr haqqında informasiyalar doğru-dürüst, tam obyektiv olaraq təqdim olunmalıdır ki, vətəndaşlarda da həmin müəssisələr barədə düzgün təəssürat yaransın.

Elbrus Bağırov
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024